İT idarəetməsi üzrə aparıcı mütəxəssis

Caspian Innovation Center

Location
Not specified
Employment
Full-time
Level
Supervisor
Category
Other Tech
Posted

Description

  • SOCAR Qrupu üzrə IT Governance modelinin formalaşdırılması, tətbiqinin koordinasiyası və davamlı təkmilləşdirilməsi üzrə fəaliyyətləri həyata keçirmək;
  • İT siyasətlərini, standartlarını, prosedurlarını, metodologiyalarını və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqinə metodoloji dəstək göstərmək;
  • İT idarəetməsi sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin təhlilini aparmaq, onların SOCAR Qrupunda tətbiqi və uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
  • SOCAR Qrupu üzrə İT risklərinin idarə olunması proseslərini koordinasiya etmək, müəssisələrə metodoloji dəstək göstərmək, İT risk reyestrlərini konsolidasiya etmək və korporativ səviyyədə İT risklərinin monitorinqini həyata keçirmək;
  • SOCAR Qrupu müəssisələri, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə İT idarəetməsi istiqamətində qarşılıqlı əlaqəni və koordinasiyanı təmin etmək;
  • İT idarəetməsi sahəsində qanunvericilik, normativ-hüquqi aktlar və digər tənzimləyici tələbləri izləmək, onların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
  • İT idarəetməsi üzrə məlumatları təhlil etmək, analitik hesabatlar, təqdimatlar və rəhbərlik üçün qərarverməni dəstəkləyən materiallar hazırlamaq.

Requirements

İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;

İT idarəetməsi (IT Governance), İT risklərinin idarə olunması (IT Risk Management) və ya əlaqəli sahələr üzrə minimum 4 il iş təcrübəsi;

İT idarəetmə prinsipləri və çərçivələri üzrə biliklər;

Risklərin idarə olunması metodologiyaları və daxili nəzarət prinsipləri üzrə biliklər;

İT siyasətlərinin, standartlarının, prosedurlarının və digər normativ sənədlərin hazırlanması prinsipləri üzrə biliklər;

İT idarəetməsi sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə biliklər;

İT sahəsində normativ-hüquqi aktlar və tənzimləyici tələblər üzrə biliklər;

Analitik düşünmə, problem həll etmə, məlumatların təhlili, analitik hesabat və təqdimatların hazırlanması bacarığı;

Müəssisələr, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və koordinasiya bacarığı;

Güclü yazılı və şifahi ünsiyyət bacarığı;

Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada səmərəli işləmək bacarığı;

İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.

Üstünlük hesab olunur:

COBIT, ITIL, ISO/IEC 27001, ISO 31000, NIST CSF və digər müvafiq beynəlxalq standart və çərçivələr üzrə praktiki bilik və ya iş təcrübəsi;

CGEIT, CRISC və ya IT Governance və IT Risk Management istiqamətində digər müvafiq peşəkar sertifikatlara malik olmaq.

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi  [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət etmək üçün : [email protected]

Apply at the source

This role was published by Caspian Innovation Center and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗