İT əməkdaşı (Help Desk)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Sumqayıt şəhərində yerləşən qurumumuzda İT əməkdaşı (Help Desk) vakansiyası
mövcuddur.
İT - Help Desk
Vəzifə öhdəlikləri
İnformasiya sistemlərinin və ehtiyatlarının, rabitə sistemlərinin və daxili
şəbəkənin fəaliyyətinin fasiləsizliyi, təhlükəsizliyi və mühafizəsi ilə bağlı zəruri işləri yerinə
yetirir;
İstifadəçi sorğularının idarəedilməsi sistemində qeydiyyatı və
təsnifləşdirilməsini təmin etmək;
Avadanlıq və proqram təminatında
nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
İş stansiyalarında
əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanmasını təmin etmək;
İstifadəçilərə birinci səviyyəli texniki dəstəyin göstərilməsi və mürəkkəb problemlərin
növbəti səviyyəli dəstəyə eskalasiya olunmasını təmin etmək;
Videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin fasiləsiz işləməsini təmin
etmək;
Yeni işçi yerlərinin qurulmasında iştirak etmək (şəbəkə
kabellərinin çəkilməsi, avadanlıqların quraşdırılması və sazlanması);
Kabel kanallarında və kommutasiya şkaflarında kabelləşmənin səliqəli və standartlara uyğun
olmasını təmin etmək;
İT aktivlərinin uçotu və idarə edilməsi təşkil
etmək, İT aktivlərinin idarəetmə sistemində avadanlıq və proqram təminatı haqqında məlumatların aktuallığının təmin
olunması.
Tələb edilən bilik, bacarıq və təcrübə
Ali təhsil;
Sahə üzrə minimum 1 (bir) il
iş təcrübəsi;
Əməliyyat sistemləri (Windows 10, 11) bilikləri (yüksək
səviyyədə);
Windows Server (Active Directory, DNS, DHCP, WSUS və Group
Policy) kimi servislərin idarəolunması sahəsində biliklər (Orta səviyyədə);
TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;
Ticketing sistemləri (Servicedesk Plus, JIRA və s.) ilə işləmək
təcrübəsi.
Videomüşahidə sistemləri ilə bağlı biliklər (yüksək
səviyyədə);
Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının
aradan qaldırılması bacarığı, Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı, Printer, skaner
və digər periferik avadanlıqlarla işləmək bacarığı;
İngilis dilində
texniki sənədləri oxuma və anlama bacarığı.
İşdə dəqiqlik və detallara
fikir vermə qabiliyyəti;
Sahə üzrə müvafiq sertifikatlar
arzuolunandır.
İş şəraiti:
5 günlük iş qrafiki.
Təklif olunan əmək
haqqı: 800-900 AZN (net)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd
olunan elektron ünvanına e-mailin mövzu hissəsində “İT - Help Desk” yazaraq göndərmələri xahiş
olunur.
Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.
Apply at the source
This role was published by İnnovasiyalar Mərkəzi and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/it-emekdasi-help-desk-Jvak1K