İnformasiya Texnologiyaları üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Freelance
- Category
- Other Tech
- Posted
Description
Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarına gündəlik texniki dəstəyin göstərilməsi;
Kompüter, printer, skaner, IP telefon və digər ofis avadanlıqlarının quraşdırılması və sazlanması;
Windows əməliyyat sistemlərinin və zəruri proqram təminatlarının quraşdırılması;
İstifadəçi kompüterlərində yaranan proqram və avadanlıq problemlərinin aradan qaldırılması;
Active Directory sistemində istifadəçilərin yaradılması və idarə olunması;
İstifadəçilərin sistemlərə giriş hüquqlarının verilməsi və nəzarətdə saxlanılması;
Korporativ e-poçt hesablarının yaradılması və sazlanması;
Lokal şəbəkə, internet və Wi-Fi bağlantılarında yaranan problemlərin müəyyən edilərək aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının, o cümlədən router, switch və access point-lərin ilkin səviyyədə sazlanması;
Serverlərin, şəbəkə avadanlıqlarının və IT xidmətlərinin gündəlik monitorinqi;
Antivirus proqramlarının yenilənməsi və informasiya təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət;
Məlumatların ehtiyat nüsxələrinin yaradılması prosesinin izlənilməsi;
Yeni işçilər üçün kompüter və istifadəçi hesablarının hazırlanması;
İşdən ayrılan əməkdaşların sistemlərə girişlərinin vaxtında məhdudlaşdırılması;
IT avadanlıqlarının inventar uçotunun aparılması;
Texniki nasazlıqların və görülən işlərin qeydiyyatının aparılması;
Zərurət yarandıqda digər IT layihələrində və sistemlərin tətbiqində iştirak edilməsi.
Tələblər:
Yaş: 22-28;
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
IT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
Windows 10/11 və Windows Server əməliyyat sistemləri üzrə biliklər;
Active Directory, DNS, DHCP və Group Policy haqqında ilkin biliklər;
TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;
Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı;
Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı;
Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;
İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında məlumat;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Rus və ya ingilis dili biliyi üstünlükdür;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
İstifadəçilərlə düzgün ünsiyyət qurmaq və problemlərə çevik yanaşmaq bacarığı.
İş barədə məlumat:
Əmək haqqı: 600-700 AZN
Müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
Uyğun namizədlər CV-lərini “İnformasiya Texnologiyaları üzrə mütəxəssis ” ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Qeyd : Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Apply at the source
This role was published by MJ Finance and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/mj-finance-informasiya-texnologiyalari-uzre-mutexessis-150269