Find your next opportunity

Newest first

İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi Departamenti/İqtisadi təhlükəsizlik şöbəsi/ Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis

Express Bank

Location
Not specified
Employment
Freelance
Category
Security
Posted
Deadline

Description

Təsvir

Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi;

Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi;

Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi;

Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması;

Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi;

Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi;

Fraud hallarının araşdırılması, səbəblərinin müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi;

Fraud risklərinin azaldılması məqsədilə qayda və ssenarilərin (fraud rules/scenarios) hazırlanması və təkmilləşdirilməsi;

Fırıldaqçılığın monitorinqi sisteminin hazırlanması layihəsində iştirak;

Böyük həcmli məlumatların təhlili və məlumatlar əsasında nəticələrin çıxarılması;

Şübhəli və qeyri-standart əməliyyatlarının operativ şəkildə müəyyənləşdirilməsi və araşdırılması;

Məlumatlarla işləyərkən məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət edilməsi.

Tələblər

Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və ya əlaqəli sahələr üzrə);

Bank və ya maliyyə sektorunda anti-fraud, risklərin idarə edilməsi, maliyyə monitorinqi və ya analitik sahədə iş təcrübəsi;

Bank məhsulları və ödəniş sistemləri üzrə əsas biliklər;

Kart əməliyyatları, P2P/C2C köçürmələri, onlayn ödənişlər və rəqəmsal bankçılıq əməliyyatları üzrə biliklər;

Fırıldaqçılıq (fraud) sxemlərinin və şübhəli əməliyyatların müəyyənləşdirilməsi və təhlili bacarığı;

SQL üzrə yüksək səviyyədə biliklər;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və/və ya rus dili biliyi arzuolunandır;

Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;

Stressə davamlılıq, operativ qərarvermə və yüksək məsuliyyətlilik.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Express Bank and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗