İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Security
- Posted
Description
Vəzifə Öhdəlikləri
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları araşdırır, şirkətə faydalı olan tövsiyələrin tətbiqini qiymətləndirir.
Müəyyən olunmuş risklərə əsasən informasiya təhlükəsizliyi siyasət, standart, prosedur və təlimatları tərtib edir və onlar üzrə maarifləndirməni təmin edir.
İnformasiya təhlükəsizliyinin idarəolunması sisteminin (İTİS) təkmilləşdirilməsinə töhfə verir.
İnformasiya təhlükəsizliyi üzrə riskləri və problemləri bütün maraqlı tərəflərlə kommunikasiya edir.
Siyasət və təlimatların əhatə sahəsi üzrə zəiflikləri mütəmadi yoxlamalarla müəyyən edir.
Fövqəladə insidentləri, informasiya təhlükəsizliyi hadisələri və informasiya təhlükəsizliyi insidentlərini araşdırır və onların həlli üzrə təkliflər verir.
Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar risklərin müəyyənləşdirilməsi üzrə araşdırma aparır, onların aradan qaldırılması üzrə təkliflər verir.
Texniki təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət edir, təkmilləşdirmə üzrə təkliflər verir.
Xarici və daxili audit tədbirlərində iştirak edir, müvafiq informasiyanın təqdim olunmasını təmin edir.
Namizədə Əsas Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi və bu kimi istiqamətlər üstünlükdür).
Ofis proqramlarını bilməsi.
İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklərə sahib olması.
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və ən yaxşı təcrübələri bilməsi.
Tələb Olunan Bacarıqlar
İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklər (məlumat təhlükəsizliyi, tətbiq təhlükəsizliyi, şəbəkə və sistem təhlükəsizliyi).
İnformasiya təhlükəsizliyi risklərinin idarəedilməsi.
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və çərçivələr.
İT audit və uyğunluq (requlyativ tələblər) üzrə biliklər.
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Apply at the source
This role was published by Mpay MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/mpay-mmc-informasiya-tehlukesizliyi-uzre-mutexessis-150510