İnformasiya Təhlükəsizliyi Departamentinə Mütəxəssis (Pentester)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Security
- Posted
Description
Təsvir
Şəbəkə, tətbiq və infrastruktur səviyyəsində penetrasiya testlərinin
planlaşdırılması və icra edilməsi;
Təhlükəsizlik zəifliklərinin
aşkarlanması, təhlil edilməsi və risk səviyyəsinin qiymətləndirilməsi;
Android, iOS, Active Directory, Web tətbiqlər və API-lərin təhlükəsizlik qiymətləndirilməsinin
həyata keçirilməsi;
Aşkarlanmış zəifliklər üzrə hesabatların
hazırlanması, tövsiyələrin təqdim edilməsi və aradan qaldırılma (remediation) prosesinin
izlənilməsi;
Təhlükəsizlik risklərinin minimuma endirilməsi məqsədilə
aidiyyəti komandalarla koordinasiyanın təmin edilməsi;
Yeni
kibertəhlükəsizlik təhdidləri, zəifliklər üzrə araşdırmaların aparılması.
Tələblər
Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter
Elmləri və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə
minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – əla, İngilis
dili – yaxşı, Rus dili – arzuolunandır;
Korporativ (Enterprise)
mühitlərdə penetrasiya testlərinin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki
təcrübə;
Veb tətbiqlər və API-lərdə təhlükəsizlik zəifliklərinin
aşkarlanması və təhlili üzrə dərin biliklər; OWASP Top 10 və API Security Top 10 çərçivələri əsasında risklərin
müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə təcrübə;
iOS və Android
mobil tətbiqlərinin təhlükəsizlik qiymətləndirilməsi və zəifliklərin aşkarlanması üzrə biliklər; OWASP Mobile Top 10
və OWASP MASVS/MASTG standartlarına uyğun təhlükəsizlik təhlili aparmaq bacarığı;
Təhlükəsizlik proseslərinin avtomatlaşdırılması, skriptlərin hazırlanması və alətlərin
inteqrasiyası məqsədilə Python, Bash və PowerShell proqramlaşdırma dilləri üzrə biliklər;
Windows, Active Directory və Unix/Linux mühitlərində təhlükəsizlik prinsipləri, zəifliklərin
qiymətləndirilməsi, Hardening və Patch Management tədbirləri üzrə biliklər;
Aşkarlanmış təhlükəsizlik zəifliklərinin aidiyyəti komandalarla effektiv şəkildə
kommunikasiyasını təmin etmək, riskləri izah etmək və onların aradan qaldırılması (Remediation) üçün texniki
tövsiyələr hazırlamaq bacarığı;
Sahə üzrə beynəlxalq sertifikatlara malik
olmaq üstünlükdür (eWPTX, eCPPT, OSCP, eMAPT, CompTIA PenTest+, CRTO və s.).
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by Bank Respublika ASC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/informasiya-tehlukesizliyi-departamentine-mutexessis-pentester-fg1OCi