Find your next opportunity

Newest first

İnformasiya Təhlükəsizliyi Departamenti Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsi – Mühəndis (L2)

ATB Bank

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Security
Posted

Description

Daxil olan informasiya təhlükəsizliyi insidentlərinin araşdırılması, təhlili və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi;

SIEM platformasında yaranan təhlükəsizlik xəbərdarlıqlarının (alertlərin) təhlil edilməsi və potensial təhdidlərin müəyyənləşdirilməsi;

SOAR platformasında mövcud playbook-ların təkmilləşdirilməsi, redaktəsi və yeni avtomatlaşdırılmış playbook-ların hazırlanaraq tətbiq edilməsi.

L1 analitiklər tərəfindən eskalasiya edilən təhlükəsizlik hadisələrinin araşdırılması və zəruri cavab tədbirlərinin görülməsi;

Təhlükə indikatorlarının (IOC) təhlil edilməsi və potensial təhdidlərin yayılmasının qarşısının alınması;

EDR, Firewall, Proxy, IDS/IPS və digər təhlükəsizlik sistemlərindən əldə edilən məlumatların toplanması, təhlili və korrelyasiyasının aparılması;

İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə (Incident Response) prosedurlarına uyğun tədbirlərin həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi;

Təhlükəsizlik insidentlərinin idarə olunması üzrə prosedurların, playbook və runbook-ların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi;

Baş vermiş insidentlərin əsas səbəblərinin müəyyənləşdirilməsi (Root Cause Analysis) və təkrarlanma risklərinin azaldılması məqsədilə müvafiq hesabatların (Lessons Learned) hazırlanması.

Rəhbərlik tərəfindən vəzifə öhdəliklərindən irəli gələn müəyyən edilmiş tapşırıqların operativ və səmərəli şəkildə yerinə yetirilməsi.

Requirements

  • Ali təhsil (informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə);
  • Kibertəhlükəsizlik sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Şəbəkə texnologiyaları və protokolları üzrə güclü nəzəri və praktiki biliklər;
  • SIEM sistemləri, xüsusilə IBM QRadar platforması ilə praktiki iş təcrübəsi;
  • EDR/XDR təhlükəsizlik həlləri ilə işləmək bacarığı;
  • SOAR platforması ilə işləmək bacarığı;
  • Zərərli proqram təminatlarının (Malware) və şübhəli faylların statik və dinamik analizini aparmaq bacarığı;
  • MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları üzrə bilik və praktiki tətbiq bacarığı;
  • Təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və nəticələrin sənədləşdirilməsi bacarığı;
  • Analitik düşünmə, araşdırma və problemlərin operativ həlli bacarıqları;
  • BTL2, OSCP, CEH, CRTO, CySA+, CCNA və digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.

Apply at the source

This role was published by ATB Bank and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗