HVAC sistemləri üzrə mühəndis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Əsas vəzifə öhdəlikləri:
Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin
hazırlanmasında iştirak etmək;
Sənaye təyinatlı və digər bina və
obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini
aparmaq;
İstehsal, tikinti və quraşdırma standartları və
spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları
aparmaq;
Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının)
soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini
aparmaq;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki
xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və
layihələşdirmə proqram paketindən istifadə etmək;
Layihələndirmə üzrə
layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak
etmək;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin
AutoCAD vasitəsi ilə çəkilməsi;
Obyektlərin layihələndirilməsi üçün ilkin
məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına
göndərmək;
Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin
alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq
etmək;
İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə
sənədləri ilə təmin etmək;
Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun,
yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və
həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
Layihə üzrə
qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər
texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Layihələrin
təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə
təhvil verərək, layihəni müdafiə etmək;
Ümumi layihələrə aid sənədlərin
ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
Layihələrin
müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə Ali təhsil;
Tikinti
(MEP) sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
Kompüter
bilikləri: AutoCAD əla bilməli; MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə
bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır;
Dil bilikləri:
Azərbaycan dilinin yüksək səviyyədə olması, ingilis və rul dilləri arzu olunandır;
Layihəyə nəzarət bacarığına malik olmalı;
Komandada
işləmə bacarığına malik olmalı;
Diqqətli və dəqiq
olmalı;
İşgüzar və məsuliyyətli olmalı.
İş şəraiti:
İş rejimi: 6 günlük (09:00-17:00, şənbə qısa iş
günü)
İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova
2
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin
olunacaq
Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən
sənədləşmə
“CV”-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "HVAC sistemləri üzrə
mühəndis" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Apply at the source
This role was published by Almep Engineering Group and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/hvac-sistemleri-uzre-muhendis-0CUxe9