HR mütəxəssisi (Restoran şəbəkəsi)

145 Group MMC

Location
Not specified
Employment
Part-time
Category
Other Tech
Posted

Description

145 Group restoran şəbəkəsi insan resursları proseslərinin effektiv icrasını təmin edəcək, əməliyyat komandaları ilə sıx əməkdaşlıq edərək HR təşəbbüslərini həyata keçirəcək təşkilatlı, proaktiv və nəticəyönümlü HR mütəxəssisi axtarır. Bu rol restoranlar və digər xidmət sahələri üzrə gündəlik HR əməliyyatlarının idarə olunmasını, kadr proseslərinin koordinasiyasını və əməkdaş təcrübəsinin inkişafını əhatə edir.

Bu vəzifə üzrə ideal namizəd HoReCa (restoran / qonaqpərvərlik) sahəsində təcrübəyə malik olmalı, əmək qanunvericiliyini və HR alətlərini yaxşı bilməli, eyni zamanda müxtəlif komandalarla effektiv işləyərək HR proseslərinin keyfiyyətli icrasına töhfə verməlidir.

Vəzifə öhdəlikləri

Kadr inzibatçılığı

ƏMAS / e-gov sistemində işə qəbul, işdən azad edilmə və vəzifə dəyişikliklərinin rəsmiləşdirilməsi

İşçilərin şəxsi işlərinin və kadr sənədləşməsinin aparılması

Məcburi sənədlərin və tibbi arayışların aktuallığına nəzarət

Əmək qanunvericiliyi və daxili qaydalara riayət olunmasının təmin edilməsi

Tabel uçotu və əməkhaqqı prosesi

Aylıq iş vaxtı uçotu cədvəllərinin hazırlanması və yoxlanılması

Restoranlarda tabel məlumatlarının düzgünlüyünə nəzarət

Tabel məlumatlarının vaxtında mühasibatlığa təqdim olunması

İşə qəbul, təlim və qiymətləndirmə

Xətti heyətin (ofisiant, aşpaz, kassir, barista və s.) operativ seçimi

Yeni əməkdaşların adaptasiya prosesinin təşkili

Təlimlərin, testlərin və attestasiyaların təşkili və koordinasiyası

Mystery Guest (Gizli qonaq) yoxlamalarının təşkili və müşayiəti

Təlim və inkişaf proqramlarının icrasına nəzarət

Analitika və hesabatlılıq

Restoranlardan mütəmadi hesabatların toplanması

İşçi performansının və bilik səviyyəsinin təhlili

Mystery Guest yoxlamalarının nəticələrinin analiz edilməsi

Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması

Şirkət tərəfindən təklif olunur

Əməkhaqqı: 800 – 1000 AZN (net)

Korporativ mobil telefon və nömrə

Noutbuk

Şirkət hesabına nahar

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Əlaqə: 055 500 01 45

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “HR mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Requirements

Restoran sahəsində HR mütəxəssisi kimi iş təcrübəsi (mütləqdir)

Azərbaycan və rus dillərini sərbəst bilmək

İngilis dili biliyi üstünlükdür

ƏMAS sistemi və əmək qanunvericiliyi üzrə biliklər

Kadr inzibatçılığı və işə qəbul sahəsində təcrübə

Yüksək təşkilatçılıq və detallara diqqət

Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı

Çoxşaxəli və dinamik iş mühitində işləmək bacarığı

Apply at the source

This role was published by 145 Group MMC and listed via Jobnet.az. Applications are handled there, not on this site.

View & apply on jobnet.az ↗