Find your next opportunity

Newest first

Hava Limanları İnfrastrukturu İdarəsi/ Layihə-smeta sənədləri üzrə mühəndis

"Azərbaycan Hava Yolları" QSC

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
DevOps & SRE
Posted

Description

  • Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq;
  • Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları aparmaq;
  • Smeta hesablamalarının, material və əmək xərclərinin düzgünlüyünü təhlil etmək;
  • Layihə-smeta sənədlərinin qüvvədə olan norma, standart və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Təqdim olunan layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri düzəlişlərin aparılmasını təmin etmək;
  • Cari təmir və layihə işləri üzrə iş həcmlərinin hesablanmasında iştirak etmək;
  • Layihə-smeta sənədləri üzrə müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq;
  • Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
  • Yerinə yetirilmiş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;
  • Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Requirements

Ali təhsil;

Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;

Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;

Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür;

Yazılı və şifahi ünsiyyət bacarıqları;

Problemlərin həlli bacarığı;

Təqdimat bacarıqları;

Öyrənmə qabiliyyəti;

Dəyişikliklərə uyğunlaşma bacarığı;

Komandada işləmək bacarığı.

İş qrafiki:

5 günlük

İş yeri:

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Apply at the source

This role was published by "Azərbaycan Hava Yolları" QSC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗