Frontend Proqramçı (React / Next.js)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Frontend
- Posted
Description
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Frontend proqramçı axtarır.
Vəzifə öhdəlikləri:
Figma dizaynlarına əsasən adaptiv və kross-brauzer veb interfeyslərin hazırlanması (korporativ saytlar, kataloq, e-commerce)
React + TypeScript ilə komponent əsaslı UI-nin qurulması
Backend ilə REST API inteqrasiyası: siyahılar, filtrlər, formalar
Form, filtr, axtarış, modal və bildiriş kimi interaktiv elementlərin işlədilməsi
SEO-yönümlü front: meta məlumatlar, sürət optimizasiyası (Core Web Vitals), şəkil və şrift optimallaşdırmaları
Git workflow-da komanda ilə əməkdaşlıq: kod-review, merge
Tələblər:
React üzrə ən azı 2 il təcrübə
TypeScript, HTML5, CSS3 (SCSS və ya TailwindCSS) bilikləri
Figma dizaynlarını piksel dəqiqliyi ilə və responsiv şəkildə vebə çevirmək bacarığı
REST API ilə işləmə təcrübəsi, axios/fetch və error handling
Git ilə işləmə bacarığı (branch, merge, pull request)
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
Next.js ilə SSR/SSG təcrübəsi
UI kitabxanaları: Ant Design, Material UI və s.
Form və validasiya təcrübəsi (React Hook Form, Zod)
Test alətləri (Testing Library, Playwright) və çoxdilli layihələr (i18n)
Biz sənə nə təklif edirik:
Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Müxtəlif sənaye sahələrindən tanınmış brendlərlə real layihələr
Müasir texnologiyalarla iş: React, Next.js, Laravel
İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
Karyera inkişafı və portfelini sürətlə böyütmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Apply at the source
This role was published by Make Agency and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/make-agency-frontend-proqramci-react-nextjs-150212