Backend Proqramçı (PHP / Laravel)

Make Agency

PHPLaravel

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Backend proqramçı axtarır. Layihələrimiz — korporativ saytlar, e-commerce platformalar, ERP/CRM sistemləri.

Vəzifə öhdəlikləri:

Veb layihələrin backend hissəsinin hazırlanması və dəstəklənməsi

Laravel üzərində REST API-ların qurulması və frontend komandası ilə inteqrasiyası

Verilənlər bazasının layihələndirilməsi, sorğuların və indekslərin optimallaşdırılması

Ödəniş sistemləri, CRM və digər xarici servislərlə inteqrasiya

Mövcud layihələrin sürət və təhlükəsizlik baxımından təkmilləşdirilməsi

Git workflow-da komanda ilə əməkdaşlıq: branching, kod-review, merge

Tələblər:

PHP (Laravel) üzrə ən azı 3 il təcrübə

OOP, MVC və SOLID prinsipləri üzrə möhkəm biliklər

SQL (MySQL və ya PostgreSQL) üzrə təcrübə

REST API dizaynı, JSON/XML ilə işləmə bacarığı

Git ilə işləmə bacarığı (branch, merge, pull request)

Dəqiq, oxunaqlı və optimallaşdırılmış kod yazmaq bacarığı

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

Docker və CI/CD ilə iş təcrübəsi

Redis, keşləmə və növbə (queue) sistemləri

React və ya Vue ilə tanışlıq

Yüksək yüklü layihələrdə iş təcrübəsi

Biz sənə nə təklif edirik:

Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

Tanınmış brendlərin real layihələri — bir neçə sənaye sahəsi üzrə

Dinamik və yaradıcı komanda, ideyalarını sərbəst ifadə etmək imkanı

İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar

Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Make Agency and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗