ERP Konsultant

Apertech

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Əsas vəzifələr

Müştərilər tərəfindən ERP sistemində daxil olan müraciətləri qəbul etmək, analiz etmək və həll etmək;

Müştərinin biznes tələblərini müəyyənləşdirmək və ERP sistemində uyğun həllər təklif etmək;

ERP sisteminin `HR, maliyyə, anbar, satınalma, satış və digər modulları üzrə istifadəçilərə dəstək göstərmək;

İstifadəçilər üçün təlimlər keçirmək və təlimat sənədləri hazırlamaq;

ERP sistemində yaranan texniki və funksional problemlərin araşdırılmasında iştirak etmək;

Sistem üzrə testlərin aparılması, yeni funksionallıqların tətbiqi və dəyişikliklərin yoxlanılmasını həyata keçirmək;

Layihə komandası və proqram təminatı üzrə developer/QA əməkdaşları ilə koordinasiyalı işləmək;

Müştəri tələblərini texniki komandaya düzgün şəkildə çatdırmaq və icra prosesini izləmək;

Mövcud biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;

Sistem yenilənmələri və dəyişiklikləri ilə bağlı istifadəçiləri məlumatlandırmaq.

Namizədə tələblər

ERP sistemləri üzrə minimum 1 il iş təcrübəsi ;

Analitik düşüncə və problem həll etmə bacarığı;

Müştərilərlə effektiv ünsiyyət və təqdimat bacarığı;

MS Office, xüsusilə Excel proqramı ilə yaxşı işləmək bacarığı;

Azərbaycan dili — əla, rus və ingilis dilləri — üstünlükdür.

Ali təhsilli olması üstünlükdür;

Üstünlük hesab olunur

ERP layihələrinin tətbiqi və müşayiəti üzrə təcrübə;

SQL və hesabatların hazırlanması üzrə bilik;

BI alətləri ilə işləmək bacarığı;

Proqramlaşdırma və ya script yazmaq üzrə ilkin bilik;

ERP sistemlərinin müxtəlif modulları üzrə praktiki təcrübə;

Biz nə təklif edirik?

Karyera inkişafı imkanları;

Peşəkar inkişaf və təlim imkanları;

ERP layihələrində iştirak və praktiki təcrübə;

Dinamik və peşəkar iş mühiti;

İş qrafiki: 5 günlük (09:00-18:00)

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Mövzu yerində ERP Konsultant yazıb CV göndərərək müraciət edə bilərlər.

Apply at the source

This role was published by Apertech and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗