Emalçı Geofizik / Geophysical Data Processing Specialist

GeoProbe

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İş barədə məlumat

GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya, geofizika və hidroqrafik tədqiqatlar sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.

Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində geofiziki və hidroqrafik tədqiqatlardan əldə olunan məlumatların düzgün və dəqiq şəkildə emal edilməsi, analiz olunması, keyfiyyətinin yoxlanılması və nəticələrin hazırlanması məqsədilə Emalçı Geofizik / Geophysical Data Processing Specialist axtarırıq.

Namizədə dair tələblər

Geofizika, geologiya, geoloji mühəndislik, geodeziya, hidroqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil;

Geofiziki məlumatların emalı üzrə minimum 2 il iş təcrübəsi;

Mühəndis-geofiziki məlumatların emalı və analizi üzrə praktiki təcrübə;

Hidroqrafik məlumatların emalı üzrə iş təcrübəsi;

Geofiziki və hidroqrafik tədqiqatlardan əldə olunan xam məlumatların emalı, yoxlanılması və sistemləşdirilməsi bacarığı;

Geofiziki məlumatların keyfiyyətinə nəzarət və ilkin analizinin aparılması bacarığı;

Geofiziki məlumatların emalı və interpretasiyası prinsipləri üzrə bilik;

Müvafiq geofiziki və hidroqrafik proqram təminatları ilə işləmək bacarığı;

MS Office, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilmək;

Texniki hesabatların, cədvəllərin, qrafiklərin və digər nəticələrin hazırlanması bacarığı;

Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;

Texniki sənədləri və layihə tələblərini İngilis və Rus dillərində oxuyub anlama bacarığı;

Analitik düşüncə, yüksək diqqət və dəqiqlik;

Məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi;

Komandada işləmək və layihə tələblərinə uyğun fəaliyyət göstərmək bacarığı;

Mühəndislik, geofizika, hidroqrafiya, tikinti və ya infrastruktur layihələrində təcrübə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri

Geofiziki tədqiqatlar nəticəsində əldə olunan xam məlumatların emalını həyata keçirmək;

Mühəndis-geofiziki məlumatları emal etmək, analiz etmək və nəticələri hazırlamaq;

Hidroqrafik tədqiqatlardan əldə olunan məlumatların emalını həyata keçirmək;

Sahə işləri zamanı əldə edilmiş geofiziki və hidroqrafik məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;

Xam məlumatları müvafiq proqram təminatlarından istifadə etməklə emal etmək;

Emal edilmiş məlumatların keyfiyyətinə nəzarət etmək və mümkün uyğunsuzluqları müəyyən etmək;

Geofiziki məlumatların ilkin interpretasiyasını həyata keçirmək;

Emal nəticələrini cədvəl, qrafik, xəritə və digər texniki formatlarda hazırlamaq;

Geofiziki və hidroqrafik məlumatları layihənin texniki tələblərinə uyğun şəkildə sistemləşdirmək;

Layihələr üzrə geofiziki və hidroqrafik məlumatların emal nəticələrini arxivləşdirmək və məlumat bazasını aktual saxlamaq;

Texniki hesabatların hazırlanmasında iştirak etmək;

Geofiziklər, hidroqraflar, geoloqlar, geodezistlər və digər texniki əməkdaşlarla koordinasiyalı işləmək;

Sahə qruplarından daxil olan məlumatların emal prosesində texniki dəstək göstərmək;

Layihə rəhbərinin verdiyi texniki tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

Geofiziki və hidroqrafik məlumatların emalı proseslərinin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək.

Əmək haqqı və şərtlər

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;

Peşəkar inkişaf və karyera imkanları;

Müasir və peşəkar iş mühiti.

Tələblərə uyğun namizədlərdən CV-lərini elektron poçtun mövzu hissəsində “Emalçı Geofizik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply at the source

This role was published by GeoProbe and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗