Emalçı Geofizik / Geophysical Data Processing Specialist

GeoProbe

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İş barədə məlumat

GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya,

geofizika və hidroqrafik tədqiqatlar sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.

Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində geofiziki və hidroqrafik tədqiqatlardan əldə

olunan məlumatların düzgün və dəqiq şəkildə emal edilməsi, analiz olunması, keyfiyyətinin yoxlanılması və

nəticələrin hazırlanması məqsədilə Emalçı Geofizik / Geophysical Data Processing Specialist

axtarırıq.

Namizədə dair tələblər

Geofizika, geologiya, geoloji mühəndislik, geodeziya, hidroqrafiya və ya əlaqəli

sahə üzrə ali təhsil;

Geofiziki məlumatların emalı üzrə minimum 2

il iş təcrübəsi;

Mühəndis-geofiziki məlumatların emalı və

analizi üzrə praktiki təcrübə;

Hidroqrafik məlumatların

emalı üzrə iş təcrübəsi;

Geofiziki və hidroqrafik tədqiqatlardan

əldə olunan xam məlumatların emalı, yoxlanılması və sistemləşdirilməsi bacarığı;

Geofiziki məlumatların keyfiyyətinə nəzarət və ilkin analizinin aparılması

bacarığı;

Geofiziki məlumatların emalı və interpretasiyası prinsipləri

üzrə bilik;

Müvafiq geofiziki və hidroqrafik proqram təminatları ilə

işləmək bacarığı;

MS Office, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə

bilmək;

Texniki hesabatların, cədvəllərin, qrafiklərin və digər

nəticələrin hazırlanması bacarığı;

Azərbaycan, İngilis və Rus

dillərini yaxşı səviyyədə bilmək;

Texniki sənədləri və layihə

tələblərini İngilis və Rus dillərində oxuyub anlama bacarığı;

Analitik

düşüncə, yüksək diqqət və dəqiqlik;

Məsuliyyətlilik və vaxtın düzgün

idarə edilməsi;

Komandada işləmək və layihə tələblərinə uyğun fəaliyyət

göstərmək bacarığı;

Mühəndislik, geofizika, hidroqrafiya, tikinti və ya

infrastruktur layihələrində təcrübə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri

Geofiziki tədqiqatlar nəticəsində əldə olunan xam məlumatların emalını həyata

keçirmək;

Mühəndis-geofiziki məlumatları emal etmək, analiz etmək və

nəticələri hazırlamaq;

Hidroqrafik tədqiqatlardan əldə olunan

məlumatların emalını həyata keçirmək;

Sahə işləri zamanı əldə edilmiş

geofiziki və hidroqrafik məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;

Xam məlumatları müvafiq proqram təminatlarından istifadə etməklə emal

etmək;

Emal edilmiş məlumatların keyfiyyətinə nəzarət etmək və mümkün

uyğunsuzluqları müəyyən etmək;

Geofiziki məlumatların ilkin

interpretasiyasını həyata keçirmək;

Emal nəticələrini cədvəl, qrafik,

xəritə və digər texniki formatlarda hazırlamaq;

Geofiziki və hidroqrafik

məlumatları layihənin texniki tələblərinə uyğun şəkildə sistemləşdirmək;

Layihələr üzrə geofiziki və hidroqrafik məlumatların emal nəticələrini arxivləşdirmək və

məlumat bazasını aktual saxlamaq;

Texniki hesabatların hazırlanmasında

iştirak etmək;

Geofiziklər, hidroqraflar, geoloqlar, geodezistlər və

digər texniki əməkdaşlarla koordinasiyalı işləmək;

Sahə qruplarından

daxil olan məlumatların emal prosesində texniki dəstək göstərmək;

Layihə

rəhbərinin verdiyi texniki tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

Geofiziki və hidroqrafik məlumatların emalı proseslərinin keyfiyyətinin və səmərəliliyinin

artırılması ilə bağlı təkliflər vermək.

Əmək haqqı və şərtlər

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;

Peşəkar inkişaf və karyera imkanları;

Müasir və

peşəkar iş mühiti.

Tələblərə uyğun namizədlərdən CV-lərini elektron poçtun mövzu hissəsində “Emalçı

Geofizik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə

saxlanılacaqdır.

Apply at the source

This role was published by GeoProbe and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗