Elektrik və avtomatlaşdırma üzrə mühəndis
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Elektrik mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
Bina daxili elektrik sistemləri üzrə praktiki təcrübə;
Elektrik, işıqlandırma və zəif axın sxemlərini oxuma bacarığı;
Avtomat, kontaktor, rele, elektrik lövhəsi və qoruyucu avadanlıqlar barədə bilik;
Kabel seçimi və elektrik yükü hesablamalarını bilməsi;
Zəif axın, yanğın siqnalizasiya, CCTV və şəbəkə kabelləşməsi üzrə anlayış;
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
AutoCAD proqramında elektrik sxemləri ilə işləmə bacarığı;
Tikinti və ya obyektlərin elektrik montajı sahəsində iş təcrübəsi;
Elektrik və zəif axın sistemlərinin həm layihələndirilməsi, həm də montajında təcrübə.
Öhdəliklər
Bina daxili elektrik və işıqlandırma sxemlərinin hazırlanması və qurulması;
Elektrik xətlərinin layihəyə uyğun çəkilməsi və montajına nəzarət;
Elektrik lövhələrinin, avtomat açarların, qoruyucu avadanlıqların seçilməsi və quraşdırılması;
Kabel kəsiklərinin, elektrik yüklərinin və güc tələbatının hesablanması;
Güc və işıqlandırma kabellərinin çəkilməsi;
Zəif axın sistemlərinin kabel infrastrukturlarının qurulması;
Yanğın siqnalizasiya sistemlərinin kabel çəkilişi və montajı;
CCTV, internet, telefon, girişə nəzarət və digər zəif axın sistemlərinin qurulması;
Elektrik və zəif axın sxemlərinin oxunması və işlərin həmin sxemlərə uyğun həyata keçirilməsi;
Görülmüş işlərin yoxlanılması, test edilməsi və istismara hazırlanması;
Obyektdə elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət.
Apply at the source
This role was published by Orbitech Solution MMC and listed via JobSite.az. Applications are handled there, not on this site.
Original posting: https://jobsite.az/vakansiya-is-elani/elektrik-ve-avtomatlasdirma-uzre-muhendis-25558