Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
- Location
- Remote
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Görəcəyiniz işlər:
- Bank və onun törəmələrində auditlərin icrası və ya icrasının dəstəklənməsi;
- İT audit üzrə Kefiyyətə Əminlik funksiyasının icrası;
- İT audit istiqamətində normativ baza və metodologiyanın hazırlanması və təkmilləşdirilməsi;
- Daxili audit fəaliyyətinin requlyativ tələblərə, standarlara və qabaqcıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
- Dələduzluq halları üzrə araşdırmaları həyata keçirmək və ya həmin araşdırmaların həyata keçirilməsinə dəstək olmaq;
- İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsində iştirak etmək;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
- İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;
- İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
- Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;
- İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;
- İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;
- Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;
Bizim üçün uyğun namizəd:
- Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:
- İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə;
- Əməliyyat sistemi ilə işləmə bacarığına;
- İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;
- Rus dilində sərbəst şəkildə yazmaq, danışmaq bacarığı
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
- Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
Apply at the source
This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.
Original posting: https://careers.abb-bank.az/vakansiyalar/v2/5163