Find your next opportunity

Newest first

Data elmi üzrə Mütəxəssis

Yelo Bank

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted
Deadline

Description

Təsvir

  • Kredit risk modellərinin (PD, LGD, EAD, Skorinq modelləri və s.) hazırlanması, təkmilləşdirilməsi və monitorinqi.
  • Müştəri davranışları, ödəniş intizamı və kredit portfeli üzrə analitik araşdırmaların aparılması.
  • Model üçün tələb olunan məlumatların hazırlanması və xüsusiyyətlərin (feature engineering) yaradılması.
  • Modellərin performansının qiymətləndirilməsi, validasiyası və stabilliyinin monitorinqi.
  • Risk, Biznes, İT və digər aidiyyəti komandalarla əməkdaşlıq.
  • Analitik nəticələrin və tövsiyələrin rəhbərliyə təqdim edilməsi.
  • Modellərin istehsal mühitinə tətbiqi və sonrakı monitorinq proseslərinin dəstəklənməsi.
  • Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi.

Tələblər

Ali təhsil;

Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək;

Python`la iş təcrübəsi;

SQL biliyi böyük üstünlükdür;

Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə;

Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi;

Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı;

Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları;

Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.

Biz Sizə nə təklif edirik:

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Tibbi sığorta proqramına qoşulma;

Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Apply at the source

This role was published by Yelo Bank and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗