Find your next opportunity

Newest first

Data Analitik

166 Yükdaşıma və Logistika

Location
Baku
Employment
Full-time
Category
Data & Analytics
Posted
Deadline

Description

166 Yükdaşıma və Logistika şirkəti “ Data Analitik ” vakansiyası elan edir.

Tələblər:

Təhsil: Ali;

Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi

Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);

SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;

Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri;

Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı;

Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması;

Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;

MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi;

Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;

Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.

İş şəraiti:

İş qrafiki: 09:00-18:00;

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.

Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Apply at the source

This role was published by 166 Yükdaşıma və Logistika and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗