BSS & VAS Platformaları üzrə Mühəndis - BSS & VAS Platforms Engineer (IT/Hybrid)

Azercell

Location
Baku
Employment
Freelance
Category
Other Tech
Posted

Description

BSS & VAS Platformaları üzrə Mühəndis - BSS & VAS Platforms Engineer (IT/Hybrid)

Apply now »

Apply now

Apply Now

Start applying with LinkedIn

Start

Please wait...

Date: Aug 16, 2026

Location:

Baku, AZ

Company:

Azercell Telecom LLC

Azercell haqqında

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

Əsas öhdəliklər:

Biznesin tələblərinə uyğun servislərin yaradılması və baxımı

Problemlərin və xətaların araşdırılması, uyğun həllərin təqdim edilməsi

Texniki insident və şikayətlərin araşdırılması

Monitorinq və məlumatlandırma tətbiqlərinin daimi inkişaf etdirilməsi

Sistemlərdə gələcəyə yönəlik strateji və resurs planlaması

Texniki resursların idarə edilməsi, optimallaşdırılması və monitor edilməsi

Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması

Mövcud sistemlərin analizi və istəklər əsasında raportlama

Linux/Unix sistemlərində problemlərin araşdırılması, mövcud skriptlərin analizi, kodlaşdırılması və optimallaşdırılması

Real rejimli sistemlərdə(Charging System) konfiqurasiyaların təyin edilməsi və yoxlanılması

Sistem loqlarının analiz edilməsi və antomatlaşdırılması

Telekom sistemlərinin arxitekturasının mənimsənilməsi və uyğun həllərin verilməsi.

Tələb olunan təcrübə, bilik və texniki bacarıqlar:

Təhsil: Kompüter Elmləri və ya Riyaziyyat üzrə ali təhsil üstünlükdür

Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (yüksək səviyyə)

Uyğun sahədə minimum 2 illik iş təcrübəsi

Telekom sahəsində iş təcrübəsi

Unix/Linux əməliyyat sistemlərində işləmə bacarığı

Skript yazma bacarığı(Python, shell)

Real rejimli sistemlərlə işləmə bacarığı

SQL/PLSQL -lə işləmə təcrübəsi

Alqoritmlər haqqında ümumi anlayış

İri həcmli datalarla işləmə bacarığı

Protokollarla işləmə bacarığı (Diameter, Rest və s).

Qeyd: Bu vakansiya ştatdankənar rəsmi əmək müqaviləsi ilə nəzərdə tutulub.

Sizə nə təklif edirik:

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq

Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı

İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı

Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti

Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma

İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

Apply now »

Apply now

Apply Now

Start applying with LinkedIn

Start

Please wait...

Apply at the source

This role was published by Azercell and listed via Azercell. Applications are handled there, not on this site.

View & apply on careers.azercell.com ↗