Biznes Analitik

Ram Holding

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Namizədə olan tələblər:

Ali təhsil;

Minimum 2 il biznes-analitik/sistem-analitik kimi təcrübə (Tələblərin toplanması və formallaşdırılması , Biznes proseslərinin təsviri və təhlili üzrə);

Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı;

BPMN, UML və ya analoji modelləşdirmə vasitələrinə praktiki səviyyədə yiyələnmə;

Proqram təminatının işlənməsi həyat dövrünün və layihə komandalarının iş prinsiplərinin başa düşülməsi;

Eyni vaxtda həm biznes istifadəçiləri, həm də texniki mütəxəssislərlə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

İnformasiya sistemləri və rəqəmsal məhsullar üzrə biznes tələblərin toplanması, təhlili və formallaşdırılması;

Mövcud biznes proseslərinin təhlili, problemlərin aşkarlanması və hədəf proseslərin layihələndirilməsi;

Funksional tələblərin, user story-lərin, use case-lərin, proses sxemlərinin və digər zəruri layihə sənədlərinin hazırlanması;

Biznes sifarişçiləri, PMO, arxitektor və development komandaları arasında qarşılıqlı əlaqənin təşkili;

Reallaşdırılmış həllərin qəbulunda və nəticənin ilkin biznes tələblərə uyğunluğunun yoxlanılmasında iştirak;

Layihələrin status güncəlləmələrinin izlənilməsi, sorğulanması.

İş şərtlərimiz:

Əmək haqqı: müsahibə əsasında;

İş qrafiki: Həftə içi 5 gün;

İş saatları: 08:30-17:30;

Nahar;

Ünvan: Port Baku Towers 2.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes-Analitik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə

və ya https://careers.ram.az/?vacancy=2556&source=UC_HBS8ZI linki vasitəsilə müraciət edə bilərlər.

Apply at the source

This role was published by Ram Holding and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗