Biznes Analitik
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Product & Project Management
- Posted
- Deadline
Description
Vəzifə haqqında
Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin
effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik
axtarırıq.
Namizəd mövcud biznes proseslərini təhlil etməli,
təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan
həllər təklif etməlidir.
Əsas vəzifə öhdəlikləri
Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil
edilməsi;
Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə
imkanlarının müəyyənləşdirilməsi;
Müxtəlif struktur bölmələrindən biznes
tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
Biznes
qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;
Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;
Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin
hazırlanması;
Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və
monitorinqinin aparılması;
Biznes proseslərinin optimallaşdırılması üzrə
təkliflərin hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq
edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;
Həyata keçirilən
dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.
Tələblər
Ali təhsil;
Analitik və tənqidi düşünmə,
problem həll etmə bacarığı;
MS Excel proqramı ilə yüksək səviyyədə
işləmək bacarığı;
Power BI, Tableau və digər analitik alətlər üzrə
biliklər üstünlükdür;
Məlumatların təhlili, nəticələrin şərhi və
əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;
Hesabatların və
təqdimatların hazırlanması üzrə təcrübə;
Güclü kommunikasiya və komanda
ilə işləmək bacarığı;
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək;
ingilis dili biliyi minimum B2.
Təklif edirik
Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;
Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;
Maraqlı
və inkişafyönümlü layihələrdə iştirak.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Əmək haqqı: 3000-3200 AZN
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Apply at the source
This role was published by Head Start Career Development and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/biznes-analitik-MbTsvS