Avtomatlaşdırma və elektronika üzrə mühəndis

PMD Projects LLC

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Təsvir

Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol

sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim

etmək;

Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin

məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə

istiqamətləndirmək;

Layihələndirmədə avtomatlaşdırma və kontrol

sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ

sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin

etmək;

Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək

və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;

Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə

müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu

yoxlamaq;

Layihənin tender prosesinə texniki dəstək vermək,

avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy

vermək;

Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və

yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;

Tələb edildiyi

halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi

vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması,

paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq

qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;

Şirkətdə,

mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi,

əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;

Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

Ali təhsil: Avtomatlaşdırma və elektronika mühəndisliyi üzrə ali

təhsil;

İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş

təcrübəsi;

Avtomatlaşdırma və elektronika sistemləri üzrə layihələri,

prinsipial və funksional sxemləri, texniki spesifikasiyaları və avadanlıq cədvəllərini oxumaq, təhlil etmək və

onların layihə tələblərinə uyğunluğunu qiymətləndirmək bacarığı;

Binaların avtomatlaşdırılması, yanğın aşkarlama, səsli xəbərdarlıq və təxliyə, girişə nəzarət,

video müşahidə, strukturlaşdırılmış kabelləşmə və digər zəif cərəyan sistemləri üzrə biliklər;

Avtomatlaşdırma və elektronika sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası,

şəbəkə infrastrukturu və məlumat mübadiləsi protokolları üzrə biliklər;

Texniki problemləri və sistemlərarası uyğunsuzluqları təhlil etmək, texniki riskləri

qiymətləndirmək və əsaslandırılmış texniki rəy vermək bacarığı;

Texniki

problemlərin praktiki və ya nəzəri həll edilməsi, sistemlərin analizi və bu yöndə texniki qərarların

verilməsi;

Layihələrin tikinti, quraşdırma, sınaq, sazlama və

təhvil-təslim mərhələləri üzrə biliklər;

Müvafiq tikinti norma və

qaydaları, texniki standartlar və normativ sənədlər üzrə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA,

ASHRAE, IEEE, UL, ISO;

Dil bilikləri: Azərbaycan dili - səlis,

İngilis dili - yaxşı;

Kompüter bilikləri: MS Office,

AutoCAD;

Analitik düşünmə, texniki qərarları qiymətləndirmək və aidiyyəti

tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan

namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət

edə bilərlər.

Apply at the source

This role was published by PMD Projects LLC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗