Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
- Elektrik mühəndisliyi, energetika və ya müvafiq texniki istiqamət üzrə ali təhsil;
- Elektrik təchizatı, tikinti və ya mühəndis infrastrukturu sahəsində minimum 3 il iş təcrübəsi;
- Sahədə icra, texniki nəzarət və layihə koordinasiyası üzrə təcrübə;
- 0,4 kV və 6/10/35 kV elektrik şəbəkələrinin iş prinsipləri üzrə biliklər;
- Transformator yarımstansiyaları, KTP, RMU, elektrik lövhələri və paylayıcı qurğular üzrə biliklər;
- Birxətli elektrik sxemləri, kabel jurnalları, plan və kəsikləri oxuma bacarığı;
- Elektrik yükləri, kabel en kəsiyi, gərginlik itkisi və qısaqapanma cərəyanı üzrə hesablama bacarığı;
- Rele mühafizəsi, selektivlik və qoruyucu aparatların seçilməsi üzrə biliklər;
- Yeraltı kabel kanalları, kabel quyuları, boru keçidləri və kabel marşrutlarının təşkili üzrə biliklər;
- Torpaqlama, potensialların bərabərləşdirilməsi və ildırımdan mühafizə sistemləri üzrə biliklər;
- Kabel və elektrik avadanlıqlarının sınağı, ölçülməsi və istismara buraxılması üzrə təcrübə;
- Layihə, shop drawing, icra və As-Built sənədləri ilə işləmək bacarığı;
- Material spesifikasiyası, iş həcmləri, BOQ, Forma-2 və müqavilə qiymətlərinin yoxlanılması üzrə biliklər;
- AutoCAD, MS Office, xüsusilə Excel proqramlarını bilmək;
- ETAP, DIALux və ya oxşar elektrik hesablama proqramlarını bilmək üstünlükdür;
- GIS və elektron xəritələşdirmə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətli olmaq.
Requirements
Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə tikinti və quraşdırma işlərinə texniki nəzarət etmək;
Elektrik şəbəkələri, transformator yarımstansiyaları və paylayıcı qurğuların icrasını yoxlamaq;
Kabel marşrutları, kabel kanalları və boru keçidlərinin layihəyə uyğunluğuna nəzarət etmək;
Torpaqlama və ildırımdan mühafizə sistemlərinin icrasını yoxlamaq;
Layihə, shop drawing, icra və As-Built sənədlərini yoxlamaq;
BOQ, Forma-2, material spesifikasiyası və iş həcmlərini yoxlamaq;
Elektrik avadanlıqlarının sınaq və ölçmə nəticələrini qiymətləndirmək;
Quraşdırma işlərinin layihə və təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək;
Aşkar edilmiş kənarlaşmaların aradan qaldırılmasına nəzarət etmək;
Podratçı, layihəçi və aidiyyəti texniki şöbələrlə koordinasiyalı işləmək.
Müraciət etmək üçün : [email protected]
Apply at the source
This role was published by Sea Breeze Resort & Residences and listed via SmartJob.az. Applications are handled there, not on this site.
Original posting: https://smartjob.az/vacancy/84166-asagi-ve-yuksek-gerginlikli-elektrik-sistemleri-uzre-mutexessis