Aparıcı L2 Texniki Dəstək Mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
- Deadline
Description
Əsas Vəzifə və Öhdəliklər:
Problem Həlli: L1 komandasından yönləndirilmiş mürəkkəb, sistemli və təkrarlanan texniki problemlərin dərinləməsinə analiz edilməsi və həll edilməsi;
Log Analizi: Server və tətbiq loglarının oxunması, xətaların izlənilməsi və problemin kök səbəbinin tapılması;
Verilənlər Bazası ilə İş: İstifadəçi və ya sistem məlumatlarında yaranan problemləri aradan qaldırmaq üçün SQL sorğularının yazılması, məlumatların yoxlanılması və bərpası;
API və İnteqrasiya: Xarici və daxili sistemlər arasındakı API inteqrasiyalarında yaranan problemlərin araşdırılması (Postman, Brauzer DevTools və s. vasitəsilə);
L3 Komandası ilə Əməkdaşlıq: Proqram kodundakı qüsurların (bugs) müəyyən edilməsi, onların test mühitində təkrarlanması (reproduksiya) və Developer/DevOps (L3) komandasına ətraflı "Bug Report" şəklində ötürülməsi;
Biliklər Bazası (Knowledge Base): L1 komandası üçün yeni təlimatların (SOP), FAQ və texniki məqalələrin yazılması;
Kommunikasiya: Kritik insidentlər (P1/P2) zamanı müştərilərlə və ya tərəfdaşlarla texniki səviyyədə aydın kommunikasiyanın aparılması.
Namizədə Olan Tələblər:
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Rabitə və ya əlaqəli texniki sahələr üzrə ali və ya orta-ixtisas təhsili;
Təcrübə: İT dəstəyi (Helpdesk, L1/L2) və ya Sistem İnzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
Verilənlər Bazası (SQL): SQL üzrə inamlı biliklər (SELECT, JOIN, UPDATE, GROUP BY və s. sorğularını sərbəst yaza bilmək);
Web və Şəbəkə: HTTP/HTTPS protokolları, REST API, JSON/XML formatları və şəbəkə əsasları (DNS, TCP/IP, Ping, Traceroute) haqqında anlayış;
Əməliyyat Sistemləri: Linux (əsas əmr sətri - CLI bilikləri, grep, tail, ssh) və Windows mühitləri ilə inamlı işləmə bacarığı;
Alətlər: Ticketing sistemlərində (Jira, Zendesk, ServiceNow) və Log analizi alətlərində (Kibana, Splunk, Graylog və ya sadəcə server logları) iş təcrübəsi;
Dillər: Azərbaycan dilini mükəmməl, İngilis dilini isə texniki dokumentasiyanı oxuyacaq və qlobal komandalarla yazışacaq səviyyədə (A2/B1+) bilmək;
Şəxsi keyfiyyətlər: Analitik düşüncə, səbrli olmaq, öyrənməyə açıqlıq və yüksək stresli (kritik xəta) vəziyyətlərdə soyuqqanlılıqla düzgün qərarlar vermək bacarığı.
Arzuolunanlar (Üstünlük Verilənlər):
Skript dilləri ( Bash, PowerShell və ya Python ) üzrə baza bilikləri (rutin işləri avtomatlaşdırmaq üçün);
Docker, Git ilə ilkin tanışlıq;
ITIL/ITSM standartları və İnsident/Problem (Incident/Problem Management) idarəetməsi haqqında məlumatlılıq.
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Apply at the source
This role was published by Azərbaycan Mikro Kredit BOKT and listed via Jooble. Applications are handled there, not on this site.
Original posting: https://jooble.az/vacancies/karyera-azerbaycan-mikro-kredit-bokt-aparici-l2-texniki-destek-mutexessisi-3852717