Find your next opportunity

Newest first

AI Agent Mühəndisi (Python/ Mikroservislər)

BERC Group

Python

Location
Not specified
Employment
Full-time
Category
Data Science & ML
First seen

Description

BERC Venture Studio müasir texnoloji həllər yaradan, proqram təminatı və innovativ məhsullar üzərində çalışan bir komandadır. Məqsədimiz — istifadəçiyə dəyər verən, funksional və estetik baxımdan mükəmməl məhsullar yaratmaqdır. Bu yolçuluqda AI Agent Mühəndisi (Python / Mikroservislər) kimi sən də bizimlə ol!

İş barədə məlumat:

Agentin inkişafı: Yaddaşın idarə edilməsi, mürəkkəb qərarvermə və xarici alətlərin icrası (API çağırışları, veb skreypinq və s.) qabiliyyətinə malik güclü, LLM əsaslı agentlərin dizaynı və proqramlaşdırılması.

Mikroservis arxitekturası: AI agentlərini müstəqil, miqyaslana bilən mikroservislər kimi qurmaq və yerləşdirmək, onların sistemdə ləngimə yaratmadan əsas SaaS backend-imizlə səmərəli əlaqəsini təmin etmək.

Asinxron emal: Sistemin performansı və etibarlılığını qorumaq üçün mesaj brokerləri və arxa plan tapşırıq növbələrindən istifadə edərək uzunmüddətli AI proseslərini idarə etmək.

Məlumat və RAG sistemləri (pipelines): Agentin cavablarını şirkətimizin daxili məlumatlarına əsaslandırmaq üçün vektor məlumat bazalarından istifadə edərək RAG (Retrieval-Augmented Generation) sistemlərini tətbiq etmək.

Optimallaşdırma: Səliqəli, asan saxlanıla bilən və yüksək dərəcədə optimallaşdırılmış Python kodları yazmaq; prompt mühəndisliyi, API xərclərinin azaldılması və aşağı gecikməli (low-latency) cavablara diqqət yetirmək.

Requirements

Təhsil: Ali təhsil.

Təcrübə: Python development sahəsində 3 il, AI Agent sahəsində 1 il

Güclü və real layihələri əhatə edən AI/Mikroservis layihələrinizi nümayiş etdirən GitHub profilinizi təqdim etmə

Texniki səriştələr:

Proqramlaşdırma: Python dilində dərin biliklər (xüsusilə asinxron proqramlaşdırma üçün asyncio modulu).

AI və Agent Modulu: LangChain / LangGraph çox-agentli (multi-agent) modulları ilə praktiki təcrübə. LLM API-ləri (openai, anthropic, google-genai) ilə birbaşa işləmək bacarığı.

Veb modul: Yüksək performanslı REST API-lər qurmaq üçün FastAPI və LLM çıxışlarını strukturlaşdırmaq/məlumatları yoxlamaq üçün Pydantic üzrə güclü biliklər.

Mikroservislər və Növbələr: Asinxron tapşırıq növbələri (Celery və ya RQ) və mesaj brokerləri (RabbitMQ, Kafka və ya Redis) ilə iş təcrübəsi.

Məlumat Bazaları: Vektor bazaları (chromadb, pinecone-client, weaviate-client və s.) və ənənəvi əlaqəli verilənlər bazaları (məsələn, SQLAlchemy vasitəsilə) ilə iş təcrübəsi. pandas və numpy ilə təməl məlumat işləmə bacarığı.

İnfrastruktur: Təcrid olunmuş və stabil yerləşdirməni (deployment) təmin etmək üçün konteynerləşdirmə (Docker) texnologiyalarını dərindən anlamaq.

Davranış səriştələri:

Komanda ilə effektiv əməkdaşlıq bacarığı

Yaradıcı və problem-yönümlü düşüncə tərzi

Əlavə üstünlüklər (Arzuolunandır):

Konteyner orkestrasiyası (Kubernetes) ilə tanışlıq.

Python əsaslı AI mikroservislərini digər dillərdə (Node.js, C#, Java və s.) yazılmış backend-lərlə REST və ya gRPC vasitəsilə inteqrasiya etmək təcrübəsi.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

Təcrübə və bacarıqlara əsaslanan rəqabətqabiliyyətli əməkhaqqı.

Ən son süni intellekt arxitekturasını sıfırdan qurmaq imkanı.

Çevik iş qrafiki və müasir texnologiya yığını (tech stack) ilə işləmək şansı.

Geniş imkanlar təqdim edən texnoloji mühit

Naharla təminat və (daxili) idman zalından istifadə

Yaradıcılığa və təşəbbüslərə açıq komanda

Uyğun namizədlər 12.04.2026-cı il tarixinədək aşağıdakı linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, portfoliosunun linki CV-lərdə var və əlçatandır.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by BERC Group and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗