1C proqramı üzrə mühasib

Resant Hotels

1C

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Resant Hotels komandası 1C proqramı üzrə mühasib vəzifəsi üçün peşəkar və məsuliyyətli namizəd axtarır.

Əsas vəzifə öhdəlikləri:

Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənilməsi;

İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi;

Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin uçotunun aparılması;

Debitor və kreditor borclarının uçotunun aparılması və qarşılıqlı üzləşmələrin həyata keçirilməsi;

Əməkhaqqı və işçilərlə hesablaşmalar üzrə mühasibat əməliyyatlarında iştirak;

Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması və işlənilməsi;

Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və yoxlanılması;

Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq mühasibat əməliyyatlarının aparılmasına dəstək;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Namizədə tələblər:

Ali və ya orta ixtisas təhsili (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);

Mühasibat uçotu sahəsində ən azı 2–4 il iş təcrübəsi;

1C proqramında sərbəst işləmək bacarığı;

Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə əsas biliklər;

Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədləri ilə işləmək bacarığı;

MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;

Diqqətli, məsuliyyətli və dəqiq olmaq;

Komandada işləmək və tapşırıqları müəyyən olunmuş müddətlərdə yerinə yetirmək bacarığı.

Üstünlük hesab olunur:

1C 8.3 versiyası ilə iş təcrübəsi;

e-taxes, e-qaimə və e-banking sistemləri ilə işləmək bacarığı;

İctimai iaşə, pərakəndə və ya xidmət sektorunda mühasibat sahəsində iş təcrübəsi.

Resant Hotels komandasında peşəkar inkişaf etmək və dinamik iş mühitinin bir hissəsi olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.

Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Apply at the source

This role was published by Resant Hotels and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗