1C proqramçı

PMD Group MMC

1C

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Təsvir

1C konfiqurasiyasında sıfırdan yeni layihələrin hazırlanması və tətbiqi

1C konfiqurasiyasında yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi

Mövcud kodun oxunması, debug edilməsi və sistemin yekun göstəricilərinə təsir etmədən təhlükəsiz dəyişikliklərin aparılması

1C sorğu dili və Məlumatların Kompozisiya Sistemi (SKD) vasitəsilə sorğu və hesabatların hazırlanması

1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq

HTTP/veb xidmətləri, REST, XML və JSON formatları ilə məlumat mübadiləsinin qurulması

1C platforma və məlumat bazasının administrativ idarə edilməsi

Biznesin və istifadəçilərin tələblərini anlamaq üçün görüşlərin keçirilməsi, tələblərə cavab verən həllərin təmin edilməsi

Hazırlanan proqram təminatlarının istifadəsinin rahatlığına əmin olmaq

Yaradılan və mövcud sistemlərdə yaranan problemlərin həlli

Hazırlanan proqram təminatlarının sənədləşdirilməsi

Müvafiq sahə üzrə yeniliklərin izlənilməsi və tətbiqi ilə bağlı təkliflərin verilməsi

Tələblər

Müvafiq ixtisas (Proqramlaşdırma, İnformasiya texnologiyaları) üzrə ali təhsil

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi

1C daxili dili və sorğu dili üzrə dərin bilik

Təmiz, oxunaqlı və dəstəklənə bilən kod yazmaq bacarığı

1C 8.3 platforması üzrə yaxşı praktiki biliklər

Mövcud qeyri-standart konfiqurasiyada işləmək, kodu anlamaq, səhvləri tapmaq və optimallaşdırma aparmaq bacarığı

1C məlumat modeli üzrə biliklər: kataloqlar, sənədlər, registrlər - toplama, məlumat və mühasibat registrləri

Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta, Rus dili – orta

Yüksək analitik təhlil bacarığı

Apply at the source

This role was published by PMD Group MMC and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗