Zəif axın sistemləri üzrə texnik

BITS MMC

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İş qrafiki: Həftənin 6 iş günü

İş saatı: 09:00 dan – 18:00 dək

İstirahət günü: Bazar günü

İş yeri: Bakı şəhəri

Əmək münasibətləri:Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

Qeyd-Qidalanma və geyim şirkət tərəfindən təmin edilir.

İş haqqında

Zəif axın sistemləri (CCTV, Yanğın Siqnalizasiya, Access Control, Turniket, Şlaqbaum, IP İnterkom və Şəbəkə sistemləri) sahəsində minimum 1 il iş təcrübəsi;

Kamera, qeydiyyat qurğuları (NVR/DVR), sensorlar, oxuyucular, nəzarət panelləri və digər zəif axın avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirmək bacarığı;

UTP/FTP kabel çəkilişi, kabel sonlandırılması (RJ-45), patch panel və rack kabinetlərin yığılması üzrə praktiki biliklər;

Şəbəkə avadanlıqları (Switch, PoE Switch, Router və Access Point) ilə işləmək bacarığı;

Texniki layihə və sxemləri oxumaq, montaj işlərini layihəyə uyğun icra etmək bacarığı;

Yaranan texniki nasazlıqları operativ şəkildə diaqnostika etmək və aradan qaldırmaq bacarığı;

Elektrik təhlükəsizliyi qaydalarına riayət etmək və təhlükəsiz iş prinsiplərini bilmək;

Məsuliyyətli, intizamlı, çevik, dəqiq və komandada işləmək bacarığı;

Öhdəliklər

CCTV müşahidə sistemlərinin quraşdırılması və sazlanması;

Yanğın siqnalizasiya sistemlərinin montajı;

Girişə nəzarət (Access Control), turniket və şlaqbaum sistemlərinin quraşdırılması;

Şəbəkə (LAN), strukturlaşdırılmış kabel sistemlərinin çəkilməsi;

Avadanlıqların test edilməsi və texniki nasazlıqların aradan qaldırılması;

Layihələrə uyğun montaj işlərinin yerinə yetirilməsi

Apply at the source

This role was published by BITS MMC and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗