UX/UI Дизайнер

Digital Classifieds

Location
Baku
Employment
Full-time
Level
Junior specialist
Category
Design & UX
Posted
Deadline

Description

UX/UI DİZAYNER

Digital Classifieds şirkəti yerli bazarda avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı və iş elanları sahəsində fəaliyyət göstərən Turbo.az, Bina.az, Tap.az və Boss.az kimi 4 böyük layihənin yaradılması, idarə olunması və inkişafı ilə məşğuldur.

Bakı şəhərində fəaliyyət göstərəcək UX/UI Dizayner vəzifəsi üçün vakansiya elan edirik:

İş şəraiti:

  • Maraqlı və əhəmiyyətli tapşırıqlar;
  • Peşəkar və dəstək göstərən komanda;
  • Bakı mərkəzində yerləşən ofis;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək;
  • Rəqabətli əməkhaqqı;
  • Tibbi sığorta.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@digit.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 30 Sentyabr 2026-cı il. Yalnız tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar. İlkin seçim mərhələsini uğurla keçən namizədlər üçün sınaq tapşırığı nəzərdə tutulub. UX/UI dizayneri kimi minimum 1 illik iş təcrübəsi;

Figma proqramında peşəkar səviyyədə işləmək bacarığı;

UX/UI dizayn prinsiplərinə dərindən bələdlik, iOS və Android qaydaları (guidelines) haqqında biliklər;

Veb və mobil platformalar (iOS/Android) üçün interfeys dizaynı sahəsində təcrübə;

İstifadəçi ssenariləri (user flow, user journey map) ilə işləmək bacarığı;

UX tədqiqat metodları (müsahibələr, istifadəçi testləri) üzrə baza bilikləri;

Məsuliyyətli yanaşma, detallara qarşı diqqətlilik və tapşırıqları son nəticəyə qədər çatdırmaq bacarığı;

Mütləq şəkildə iş nümunələrinin əks olunduğu portfel;

Müasir bazar tendensiyalarını izləmək və tətbiq etmək bacarığı;

Dizayn sistemləri ilə iş təcrübəsi;

İnterfeys animasiyaları və mikrotəsirli (micro-interactions) elementlərin yaradılması təcrübəsi.

Apply at the source

This role was published by Digital Classifieds and listed via Holo.az. Applications are handled there, not on this site.

View & apply on holo.az ↗