Texniki Dəstək və Müştəri Xidmətləri Mütəxəssisi

MEDHIS MMC

Location
Baku
Employment
Freelance
Category
IT Support & SysAdmin
Posted

Description

Biz MEDHIS MMC olaraq, proqram təminatı həllərimizlə müştərilərimizin biznesini asanlaşdırırıq. Müştərilərimizlə gündəlik ünsiyyət saxlayacaq, onların proqramdan rahat istifadəsini təmin edəcək və yaranan texniki sualları operativ həll edəcək Texniki Dəstək və Müştəri Xidmətləri Mütəxəssisi axtarırıq!

İş qrafiki: I-V günlər, 09:00 - 17:00, VI gün, 09:00 - 15:00

Əmək haqqı: 600-800 AZN (Namizədin təcrübəsinə əsasən müzakirə olunur).

İş yeri: Xocalı prospekti 55, Aga Business Center

Rahat və dostyana komanda mühiti, proqram təminatı sahəsində peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər CV-lərini hr@medhis.az ünvanına, mövzu hissəsində "Texniki Dəstək Mütəxəssisi" qeyd edərək göndərə bilərlər.

Requirements

Təcrübə: Müştəri xidmətləri, Call Center və ya Texniki Dəstək (Technical Support) sahəsində minimum 1 il iş təcrübəsi.

Ünsiyyət və Səbir (EQ): Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı. Ən narazı müştəri ilə belə səbirli, nəzakətli və həll yönümlü danışmaq qabiliyyəti.

Məntiqi Düşüncə və Diqqətlilik: İstifadəçinin problemini tez anlamaq, qarışıq məsələləri sadə dildə izah edə bilmək.

Rəqəmsal Savadlılıq: Kompüter və web tətbiqlərindən sərbəst istifadə etmək, yeni proqram interfeyslərini sürətlə mənimsəmək bacarığı.

Məsuliyyətlilik: İşə məsuliyyətlə yanaşmaq, müraciətləri yarıda saxlamamaq.

Komanda Ruhu və Əməkdaşlıq: Çətin vəziyyətlərdə komanda yoldaşlarına dəstək olmaq, daxili şöbələrlə (developerlər və satış komandası ilə) sağlam iş münasibətləri saxlamaq və ümumi müştəri məmnuniyyəti üçün birlikdə çalışmaq bacarığı.

Apply at the source

This role was published by MEDHIS MMC and listed via Boss.az. Applications are handled there, not on this site.

View & apply on boss.az ↗