Find your next opportunity

Newest first

Texniki Dəstək üzrə Mütəxəssis

Ferrum Kapital

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted
Deadline

Description

Texniki Dəstək üzrə Mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Texniki Dəstək üzrə Mütəxəssis

vakansiyasınıelan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

SQL üzrə yaxşı səviyyədə biliklər

Oracle Database ilə işləmək bacarığı

PL/SQL üzrə biliklər və mövcud kodu oxuyub təhlil etmək bacarığı

Məlumat bazasındakı cədvəllərin strukturunu və əlaqələrini araşdırmaq, məlumatların məntiqini anlamaq bacarığı

Sorğular vasitəsilə məlumatları yoxlamaq, müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı

PL/SQL paketləri, prosedurları və funksiyaları ilə işləmək və onların iş prinsipini anlamaq bacarığı

Servislərdə yaranan xətaları loglar və texniki alətlər vasitəsilə araşdırmaq bacarığı

Texniki problemləri analitik yanaşma ilə araşdırmaq və səbəb-nəticə əlaqəsini müəyyən etmək bacarığı

Problemləri sistemli şəkildə araşdırmaq, nəticələri sənədləşdirmək və düzgün eskalasiya etmək bacarığı

Komanda ilə işləmək, aydın kommunikasiya qurmaq və məsuliyyətli yanaşma nümayiş etdirmək

Oracle SQL Developer, PL/SQL Developer və ya oxşar alətlərlə iş təcrübəsi

API və servis məntiqi haqqında ilkin biliklər

Log analiz alətləri və texniki monitorinq vasitələri ilə iş təcrübəsi

IT support, application support və ya production support sahəsində təcrübə

Sahə üzrə minimum 6 ay iş təcrübəsi

Texniki Dəstək üzrə Mütəxəssis nə iş görür?

Daxil olan texniki sorğuların və problemlərin araşdırılması, səbəblərinin müəyyən edilməsi və mümkün hallarda həllinin təmin edilməsi

Məlumat bazasına qoşularaq SQL sorğuları vasitəsilə məlumatların yoxlanılması və təhlil edilməsi

Məlumat bazasındakı cədvəllərin strukturunun araşdırılması, təyinatının müəyyən edilməsi və cədvəllər arasındakı əlaqələrin başa düşülməsi

PL/SQL paketlərinin, prosedurlarının və funksiyalarının kod səviyyəsində təhlil edilməsi

Servislərdə yaranan xətaların mövcud texniki alətlər, loglar və digər diaqnostika vasitələri ilə araşdırılması

Problemlərin kök səbəbinin müəyyənləşdirilməsi və mümkün həll yollarının təklif edilməsi

Müstəqil şəkildə həll edilə bilməyən və ya əlavə müdaxilə tələb edən problemlərin aidiyyəti üzrə texniki komandalara və məsul şəxslərə yönləndirilməsi

Araşdırılmış problemlər, görülmüş işlər və həll yolları barədə qeydlərin aparılması

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Texniki Dəstək üzrə Mütəxəssis ” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Apply at the source

This role was published by Ferrum Kapital and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗