Texniki Dəstək Mütəxəssisi
- Location
- Remote
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Vəzifə öhdəlikləri:
Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarının gündəlik
administrasiyası və texniki dəstəyi;
İstifadəçi hesablarının yaradılması,
sazlanması və giriş hüquqlarının idarə olunması;
Windows, şəbəkə və
proqram təminatı ilə bağlı problemlərin ilkin diaqnostikası və aradan qaldırılması;
GPS/IoT, video monitorinq və digər texniki platformaların öyrənilməsi və idarə
olunması;
IP kamera, DVR/NVR/MDVR və əlaqəli avadanlıqların sazlanması və
işləkliyinin yoxlanılması;
Router, modem, SIM/4G bağlantıları və şəbəkə
parametrlərinin ilkin sazlanması;
Cihazların server və platformalara
qoşulması ilə bağlı problemlərin araşdırılması;
Sistem loglarının və
texniki məlumatların yoxlanılması;
Uzaqdan qoşulma vasitələri ilə
istifadəçilərə texniki dəstəyin göstərilməsi;
Görülmüş işlərin,
sazlamaların və texniki problemlərin qeydiyyatı və sənədləşdirilməsi;
Həll olunmayan texniki məsələlərin düzgün şəkildə aidiyyəti üzrə
eskalasiyası.
Tələblər:
IT Help Desk, Technical Support və ya Junior System Administrator üzrə baza
bilikləri;
Windows əməliyyat sistemi üzrə yaxşı
bilik;
TCP/IP, IP, DNS, DHCP, port, LAN/WAN üzrə baza
bilikləri;
IP kamera, DVR/NVR/MDVR və video müşahidə sistemləri haqqında
ümumi anlayış;
Kamera IP, port, stream, codec, bitrate və şəbəkə
parametrləri barədə baza bilikləri;
Router, modem, SIM kart və 4G/LTE
bağlantılarının ilkin sazlanmasını bacarmaq;
AnyDesk, TeamViewer, Remote
Desktop kimi uzaqdan dəstək vasitələri ilə işləmək;
Linux, SSH, server,
API və log anlayışları üstünlükdür;
Rus dili –
mütləq;
İngilis dili – orta səviyyə;
Yeni sistemləri sürətli öyrənmək, analitik düşünmək və problemi mərhələli araşdırmaq
bacarığı;
Məsuliyyətli, diqqətli və sistemli işləmək.
Təminatlar:
Rəsmi işə qəbul;
Korporativ
mühit;
Stabil əmək haqqı;
Peşəkar və praktiki təlim, kənar təlimlərdə iştirk;
Sistem administrasiyası, GPS/IoT, server və video sistemləri üzrə inkişaf
imkanı;
Real layihələr üzərində praktiki təcrübə;
Performansa uyğun əmək haqqı və karyera artımı.
Korporativ mobil rabitə
İş barədə məlumat:
Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarına texniki
dəstək;
İstifadəçi hesablarının yaradılması və giriş hüquqlarının idarə
olunması;
Windows, şəbəkə və proqram problemlərinin ilkin
diaqnostikası;
IP kamera, DVR/NVR/MDVR və video sistemlərinin sazlanması
və texniki dəstəyi;
Yeni proqram və platformaların öyrənilməsi və
administrasiyası;
Texniki problemlərin qeydiyyatı və zəruri hallarda
eskalasiyası.
Əmək haqqı: Əmək müqaviləsi əsasında net 700 AZN başlayır,
iş həcmlərinə və layihəyə uygun dövrü mükafatlar təmin edilir
Tam iş
günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00 (ehtiyac olarsa)
İş yeri: Bakı
şəhəri
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Əlaqə - 0502907058
Apply at the source
This role was published by IOT MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/texniki-destek-mutexessisi-Q89WIr