Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti

Bank of Baku

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Bankomat

bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;

bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;

əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;

problemli ödəniş əməliyyatlarının araşdırılması;

inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;

bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;

nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.

Ödəniş terminal

əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;

proqram təminatı və əməliyyat sistemində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;

nağd pul vasitəsilə həyata keçirilmiş problemli ödəniş əməliyyatlarının araşdırılması;

inkassasiya prosesi zamanı texniki dəstəyin göstərilməsi;

ödəniş terminallarının dövriyyəyə buraxılan yeni pul əskinaslarının qəbuluna uyğunlaşdırılmasının təmin edilməsi;

əskinasqəbuledici, çek printeri, sensor ekran və digər aparat komponentlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.

POS-terminal

POS-terminallarda əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanması;

partnyorlara telefon vasitəsilə və ya yerində texniki dəstəyin göstərilməsi;

ödəniş əməliyyatları ilə bağlı problemlərin ilkin araşdırılması və səlahiyyət çərçivəsində aradan qaldırılması;

POS-terminalların Vergi reyestrində qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;

yeni POS-terminalların göstərilən ünvanlara çatdırılması, quraşdırılması və sazlanması;

nasaz POS-terminalların diaqnostikası və təmiri;

nasazlığın yerində aradan qaldırılması mümkün olmadıqda avadanlığın servis mərkəzinə göndərilməsinin təşkili.

Qmatic sistemi

Qmatic avadanlıqlarında əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;

texniki və proqram təminatı ilə bağlı nasazlıqların diaqnostikası və aradan qaldırılması;

elektron növbə avadanlıqlarının stabil işləməsinin təmin edilməsi.

Requirements

Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;

Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması

Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;

Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;

TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;

Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;

Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;

Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;

Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;

Dil biliyi

Azərbaycan - Mükəmməl

Rus - Orta

İngilis - Orta

Kompüter biliyi

Windows 7 / 10 / 11 - Yüksək

Microsoft office - Orta

Diaqnostik proqramlar - Orta

Müraciət üçün (CV) : https://careers.bankofbaku.com/az/vacancies/1492

Apply at the source

This role was published by Bank of Baku and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗