Təmir, Avtomatlaşdırma və Robotlaşdırma üzrə Mühəndis
- Location
- Not specified
- Employment
- Freelance
- Category
- Other Tech
- Posted
Description
Təmir, Avtomatlaşdırma və Robotlaşdırma üzrə Mühəndis
Sənaye və istehsalat
İşin təsviri
Avadanlıqlarda baş verən nasazlıqların və təmir proseslərinin analizini aparmaq, həll yollarını müəyyənləşdirmək;
Avadanlıqların təmir proseslərini ERP sistemi üzərindən koordinasiya etmək;
İstehsal sahələrinin ehtiyat hissələri anbarı üzrə aylıq planlaşdırmanı həyata keçirmək;
Texniki sənədlər, eskizlər və çertyojlar işləmək, zəruri texniki sənədləri hazırlamaq;
Avadanlıqlar və istehsal xətlərində diaqnostika alətləri ilə işləmək;
Təmir fəaliyyətləri üzrə Root Cause Analysis, MTBF, MTTR, OEE və digər texniki analizləri hazırlamaq;
İstehsal avadanlıqlarının avtomatlaşdırılması və robotlaşdırılması üzrə layihələrin icrasında iştirak etmək, mövcud sistemlərin texniki vəziyyətini və iş prinsipini analiz etmək;
Avtomatlaşdırılmış və robotlaşdırılmış avadanlıqların diaqnostikası, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması proseslərini həyata keçirmək;
Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyərək təmir proseslərinin fasiləsizliyini təmin etmək.
Tələblər
Ali texniki təhsil;
Müvafiq sahədə 3–5 il iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
AutoCAD proqramı ilə işləmək bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi;
Azərbaycan dilini sərbəst, rus və ingilis dillərində texniki sənədlərlə işləmək bacarığı;
Texniki sənədləri oxumaq və hazırlamaq bacarığı.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Apply at the source
This role was published by METAK and listed via Metak.az. Applications are handled there, not on this site.
Original posting: https://job.metak.az/vacancy/show/341