Son İstifadəçi Testi Mütəxəssisi / End User Test Specialist (IT/Hybrid/Outstaff)
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Apply now »
Apply now
Apply Now
Start applying with LinkedIn
Start
Please wait...
Son İstifadəçi Testi Mütəxəssisi / End User Test Specialist (IT/Hybrid/Outstaff)
Date:
Sep 18, 2026
Location:
Baku, AZ
Company:
AZERCELL TELECOM LLC
Azercell haqqında:
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
Biznes Tələblərinə dair sənədləri nəzərdən keçirmək
Tələblərin İzlənməsi Sxemi üzrə test nümunələri/istifadə halları ( qeyri-texniki) hazırlamaq
Son İstifadəçi testlərini icra etmək və nəticələri test hesabatında qeyd etmək.
Uğursuz hallarla bağlı testin yenidən işlənməsi ssenariləri (fəaliyyət planı) hazırlamaq
Mövcud məhsul və ya xidmət dəyişiklikləri zamanı reqressiya testini həyata keçirmək
Test nəticələrini Layihə/Məhsul Sahibinə təqdim etmək
Lazım gəldikdə mobil tətbiq testlərini həyata keçirmək
Azercell Biznes və Məhsul İdarəetmə komandaları ilə əməkdaşlıq etmək.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi
İT sahəsi üzrə minimum 1 illik iş təcrübəsi
Azərbaycan dili – səlis, İngilis dili – peşəkar iş səviyyədə
Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək və vaxtı idarə etməklə yanaşı təşkilatçılıq bacarığı
Güclü analitik təhliletmə bacarığı
Əla ünsiyyət və danışıqlar aparmaq bacarıqları ilə yanaşı müştəri tələblərini anlamaq bacarığı
Biznes tələblərini test nümunələrində əks etdirmək bacarığı
Son icra tarixinə uyğun işləmək bacarığı
Məlumat sorğusu ilə işləyə bilənlərə üstünlük verilir
Mobil OSS ilə işləmək bacarığı
MS ofis proqramları ilə işləmək bacarığı
Test prosesi, metodologiyalar və planlaşdırma üzrə bilik
Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Apply now »
Apply now
Apply Now
Start applying with LinkedIn
Start
Please wait...
Apply at the source
This role was published by Azercell and listed via Azercell. Applications are handled there, not on this site.