Find your next opportunity

Newest first

Software Engineering Manager - Future Lab

Kapital Bank

Location
Baku
Employment
Full-time
Level
Supervisor
Category
Engineering Management
Posted

Description

Komandaların idarə olunması, texniki və biznes təşəbbüslərinin vaxtında həyata keçirilməsi və mühəndislik proseslərinin təkmilləşdirilməsi üzrə təcrübəli Engineering Lead axtarırıq. Bu rolda komandanın peşəkar inkişafına dəstək olacaq, proqram təminatının keyfiyyətini və sistemlərin dayanıqlılığını təmin edəcək, effektiv əməkdaşlıq və davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasında iştirak edəcəksiniz.

+ ' ' + Proqram mühəndisliyi sahəsində ən azı 5 il iş təcrübəsi.

Team Lead, Engineering Lead və ya Engineering Management vəzifəsində ən azı 1 il təcrübə.

Proqram təminatının hazırlanma həyat dövrü (SDLC) və Agile çatdırılma prosesləri üzrə güclü biliklər.

Müxtəlif funksional sahələri əhatə edən mühəndislik komandalarına rəhbərlik təcrübəsi.

Güclü kommunikasiya və maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi bacarıqları.

Tapşırıqların vaxtında icrasını təmin etmək və mühəndislik proseslərini təkmilləşdirmək bacarığı.

Müasir proqram arxitekturası və mühəndislik təcrübələri üzrə biliklər.

Paylanmış sistemlər (Distributed Systems) və yüksək yüklənməli tətbiqlərlə (High-load Applications) iş təcrübəsi üstünlükdür.

İnsidentlərin idarə edilməsi, prioritetləşdirmə və production dəstəyi prosesləri üzrə təcrübə.

Mühəndislərə mentorluq etmək və onların karyera inkişafını dəstəkləmək bacarığı.

Yüksək məsuliyyət hissi, işin nəticələrinə sahib çıxmaq və qərar qəbul etmək bacarığı.

Fintech, bankçılıq, ödəniş sistemləri və ya rəqəmsal məhsullar sahəsində iş təcrübəsi ciddi üstünlükdür.

+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

+ ' ' + Biznes və texniki təşəbbüslərin uğurlu və planlaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək.

Sprint proseslərini idarə etmək: planlaşdırma, prioritetlərin müəyyənləşdirilməsi və tapşırıqların icrasının izlənilməsi.

Komandaların performansını, çatdırılma risklərini, maneələri və layihə müddətlərini izləmək.

Product Owner-lər, Tribe Tech Lead və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək.

İşə qəbul, yeni əməkdaşların adaptasiyası (Onboarding), mentorluq və performansın qiymətləndirilməsi proseslərini dəstəkləmək.

Müntəzəm görüşlər keçirmək və mühəndislərin peşəkar inkişafına dəstək olmaq.

Mühəndislik mədəniyyətini, komanda əməkdaşlığını və əməliyyat səmərəliliyini təkmilləşdirmək.

Proqram təminatının keyfiyyətini, production mühitinin dayanıqlılığını və davamlı çatdırılma proseslərini təmin etmək.

Zərurət yarandıqda insidentlərin idarə olunması və insidentdən sonrakı təhlil (Postmortem) proseslərində iştirak etmək.

Tribe daxilində komandalar arasında koordinasiyanı və effektiv kommunikasiya prosesini təmin etmək.

Çatdırılma sürəti, sistemin etibarlılığı və texniki borcun (Technical Debt) idarə edilməsi arasında düzgün balansın qorunmasına dəstək olmaq.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Apply at the source

This role was published by Kapital Bank and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗