Senior Penetration Tester - Nüfuzetmə testləri üzrə aparıcı mütəxəssis (Ştat)

Azercell

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
QA & Testing
Posted

Description

Senior Penetration Tester - Nüfuzetmə testləri üzrə aparıcı mütəxəssis (Ştat)

Apply now »

Apply now

Apply Now

Start applying with LinkedIn

Start

Please wait...

Date: Sep 3, 2026

Location:

Baku, AZ

Company:

Azercell Telecom LLC

Azercell haqqında

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

İşin təsviri:

Müasir korporativ mühitlərdə dərin və əhatəli hücum yönümlü təhlükəsizlik yoxlamaları həyata keçirəcək təcrübəli, aparıcı kiber təhlükəsizlik mütəxəssisi axtarırıq. Bu vəzifədə sizin əsas məsuliyyətiniz veb və mobil tətbiqlər, API-lər və infrastruktur kimi müxtəlif sistemlərdə zəiflikləri aşkar etmək, onların aradan qaldırılması üçün effektiv həll yolları təklif etmək, həmçinin Red Team fəaliyyətləri çərçivəsində real hücum ssenarilərini planlaşdırmaq, icra etmək və təşkilatın müdafiə mexanizmlərini test etmək olacaq.

Əsas öhdəliklər:

Veb tətbiqlər, mobil tətbiqlər və API-lar üzrə nüfuzetmə testlərinin aparılması

Zəifliklərin manual və avtomatlaşdırılmış üsullarla aşkarlanması, istismarı və post-exploitation ssenarilərinin qiymətləndirilməsi

OWASP Top 10 və WSTG metodologiyası əsasında veb tətbiqlərin, həmçinin REST/GraphQL API-ların (OWASP API Security Top 10) test edilməsi

OWASP MASVS və MASTG standartlarına əsasən Android/iOS tətbiqlərinin təhlükəsizlik testlərinin icrası

Autentifikasiya və avtorizasiya mexanizmlərinin, business logic və access control zəifliklərinin təhlili

Python, PowerShell, Bash və ya Ruby istifadə edərək skriptlərin və avtomatlaşdırma alətlərinin hazırlanması

Texniki və rəhbərliyə yönəlik, CVSS v3.1/v4.0 əsaslı risk qiymətləndirməsi və remediation timeline təklifləri ilə hesabatların hazırlanması

Nüfuzetmə testləri üzrə layihələrin idarə edilməsi və junior təhlükəsizlik test mütəxəssislərinə mentorluq dəstəyi göstərilməsi.

Tələb olunanlar:

Kompüter elmləri, mühəndislik və ya ekvivalent ixtisas üzrə Bakalavr və ya Magistr dərəcəsi

Hücum yönümlü təhlükəsizlik və nüfuzetmə testi sahəsində 4+ illik praktiki təcrübə

Azərbaycan və İngilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı

Veb, mobil tətbiqlər, API-lar, şəbəkə zəifliklərin aşkarlanması və istismarı üzrə təcrübə

OWASP Top 10 (Web və Mobile), MITRE ATT&CK modeli, CVSS skorlaması və risk əsaslı prioritetləşdirmə üzrə dərin bilik

Skriptləşdirmə və avtomatlaşdırma bacarıqları (Python, Bash, PowerShell, Ruby və s.)

Active Directory təhlükəsizliyi və lateral movement texnikaları üzrə biliklər

Mobil təhlükəsizlik üzrə (Android və iOS) dinamik və statik analiz, dekompilyasiya, emulasiya və bypass texnikaları sahəsində təcrübə

Firewall, WAF sistemlərinin aşılması və kompleks şəbəkə mühitlərində effektiv istismar metodlarının tətbiqi

Red Team əməliyyatları üzrə təcrübə: Real hücum ssenarilərinə əsaslanan təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi və müdafiə sistemlərinin dözümlülüyünün qiymətləndirilməsi.

Üstünlük sayılır:

Daxili və xarici şəbəkə nüfuzetmə testləri təcrübəsi

Active Directory təhlükəsizliyi və lateral movement texnikaları

Red Team əməliyyatları üzrə təcrübə

DevSecOps prinsipləri və "shift-left security" yanaşması üzrə biliklər

OSCE, OSWE, OSEP, CWEE, CPTS, OSCP, CRTO sertifikatları.

Şəxsi Keyfiyyətlər:

Yüksək səviyyədə ünsiyyət bacarığı və komanda ilə effektiv əməkdaşlıq etmək qabiliyyəti, mürəkkəb təhlükəsizlik anlayışlarını müxtəlif auditoriyalara aydın şəkildə çatdırmaq bacarığı

Güclü analitik düşüncə və çevik və dinamik mühitlərdə effektiv qərarlar vermək qabiliyyəti

Detallara yüksək diqqət, təşəbbüskarlıq və müstəqil işləmə bacarığı, o cümlədən təhlükəsizlik təşəbbüslərinin idarə olunmasında liderlik göstərə bilmək.

Sizə nə təklif edirik:

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq

Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı

İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı

Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti

Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma

İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

Apply now »

Apply now

Apply Now

Start applying with LinkedIn

Start

Please wait...