Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlaması prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid sənədləşmə və prosedurların yazilması, habelə prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə iştirak.
- Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti.
- Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər vermək.
Tələb olunan biliklər və bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
- High availability sistemləri ilə iş təcrübəsi;
- Windows Server 2012-2025 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər;
- Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər;
- Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər;
- CCNA səviyyəsində praktiki və nəzəri biliklər;
- Monitoring alətləri üzrə təcrübə - Zabbix, ADAudit və s.;
- Backup sistemləri üzrə, ən azı biri ilə iş təcrübəsi - Veeam Backup & Replication/Nakivo və s.
- Mail serverləri ilə iş təcrübəsi – Exchange on Prem, Exchange Online və s.;
- Microsoft 365, SharePoint Online ilə iş təcrübəsi;
- PowerShell üzrə script yazma təcrübəsi;
- Corporate AV serverləri ilə təcrübə, ən azı biri ilə iş təcrübəsi - Kaspersky Endpoint Security, ESET Endpoint, Dr.Web Enterprise Security;
- Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s.
- Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə;
- Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate;
- Şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
- Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
- Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə;
- IP-PBX üzrə dərin biliklər
- Qeyd olunan sertifikatlardan əz azı biri: MCSA, MCP, RHCSA; VCP; CCNA
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (İT üzrə aidiyyatı təhsil arzuolunandır).
- Müvafiq sahə üzrə, sistem və ya şəbəkə inzibatçısı kimi ən az 3 il;
- İT sahəsində iş təcrübəsi müddəti ən az 5 il.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ
verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Apply at the source
This role was published by AzerGold and listed via Azergold. Applications are handled there, not on this site.
Original posting: https://careers.azergold.az/vakansiya/sektor-mudiri-informasiya-kommunikasiya-texnologiyalari-teminati-sobesi-sistem-ve-sebeke-inzibatciligi-sektoru-1