Şəbəkə təhlükəsizliyi üzrə mühəndis (middle)

Cyberpoint

Location
Not specified
Employment
Full-time
Level
Mid-level
Category
Security
Posted

Description

Kritik təhlükəsizlik texnologiyalarını — Yeni Nəsil Firewall (NGFW), Veb Tətbiq

Firewall-u (WAF) və Şəbəkəyə Giriş Nəzarəti (NAC) sistemlərini tətbiq və idarə edəcək motivasiyalı şəbəkə

təhlükəsizliyi üzrə mühəndis axtarırıq. Vəzifəyə həmçinin təhlükəsiz şəbəkə arxitekturalarının qurulması, sistemin

ümumi dayanıqlığının gücləndirilməsi və müvafiq təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün

təhlükəsizlik auditlərinin aparılması daxildir.

Əsas vəzifə öhdəlikləri:

Şəbəkənin hərtərəfli qorunmasını təmin etmək üçün NGFW-ləri idarə etmək və

konfiqurasiya etmək;

Veb tətbiqləri təhdidlərdən qorumaq üçün WAF

həllərini quraşdırmaq və onların fasiləsiz işini təmin etmək;

Girişə

nəzarət siyasətlərinin tətbiqi üçün NAC sistemlərini qurmaq və idarə etmək;

Zəiflikləri aşkar etmək və korreksiyaedici tədbirlər təklif etmək məqsədilə təhlükəsizlik

auditləri keçirmək.

Tələblər:

Şəbəkə təhlükəsizliyi və ya əlaqəli sahədə ən azı 1 il iş

təcrübəsi;

NGFW-lərlə (Palo Alto, FortiGate) praktiki iş

təcrübəsi;

Təhlükəsiz şəbəkə dizaynı prinsipləri və şəbəkə protokolları

barədə güclü biliklər;

Müvafiq sertifikatlar (CCNA, Palo Alto

Next-Generation Firewall Engineer, Fortinet Certified Professional və ya digər vendor

sertifikatları).

Üstünlük verilir:

Təhlükəsizlik platformaları ilə iş təcrübəsi (Cisco Firepower, F5, AWS WAF,

Cloudflare, Cisco ISE, FortiNAC).

Namizədlər CV-lərini mövzu hissəsində “ Şəbəkə təhlükəsizliyi üzrə mühəndis

(middle) ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by Cyberpoint and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗