Robot Logistika və Avtomatlaşdırılmış Anbar Sistemləri üzrə Kiçik Mütəxəssis

Veysəloğlu MMC

Location
Not specified
Employment
Full-time
Level
Junior specialist
Category
Other Tech
Posted
Deadline

Description

Funksiya: Logistika

İş şəraiti

Əmək haqqı: Müsahibə əsasında təyin

olunur.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü

Ümumi məlumat:

“Veysəloğlu” MMC-nin gələcək inkişaf strategiyası çərçivəsində logistika

proseslərinin avtomatlaşdırılması və robotlaşdırılmış logistika mərkəzinin fəaliyyətə hazırlanması istiqamətində

inkişaf potensialı yüksək olan gənc mütəxəssislərin komandaya cəlb edilməsi nəzərdə tutulur.

Vəzifə üzrə işə qəbul ediləcək əməkdaşlar ilkin mərhələdə şirkətin mövcud logistika və anbar

əməliyyatlarını, istifadə olunan proqram və sistemləri praktiki şəkildə öyrənəcək, növbəti mərhələlərdə isə

avtomatlaşdırılmış və robotlaşdırılmış anbar sistemlərinin tətbiqi və idarə olunması üzrə inkişaf

etdiriləcəklər.

Vəzifə funksiyaları:

Mövcud logistika və anbar proseslərini praktiki şəkildə öyrənmək və proseslərdə

iştirak etmək;

Anbar əməliyyatlarının qəbul, yerləşdirmə, toplama,

çeşidləmə, komplektləşdirmə və göndəriş mərhələlərini öyrənmək;

Logistika

proseslərində istifadə olunan proqram və informasiya sistemlərini mənimsəmək;

WMS və digər anbar idarəetmə sistemlərinin iş prinsiplərini öyrənmək;

Logistika əməliyyatları üzrə məlumatları toplamaq, təhlil etmək və hesabatların

hazırlanmasında iştirak etmək;

Proseslərdə yaranan problemlərin

səbəblərinin araşdırılmasında və həll yollarının hazırlanmasında iştirak etmək;

Anbar proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak

etmək;

Yeni robotlaşdırılmış logistika mərkəzinin tətbiqi mərhələlərində

layihə komandası ilə birgə fəaliyyət göstərmək;

Avtomatlaşdırılmış anbar

avadanlıqları və idarəetmə sistemlərinin iş prinsiplərini mərhələli şəkildə öyrənmək;

Əldə etdiyi bilik və təcrübəni gələcək avtomatlaşdırılmış logistika əməliyyatlarının idarə

edilməsində tətbiq etmək.

Vəzifə tələbləri:

Ali təhsil (Logistika, Sənaye mühəndisliyi, Mexatronika, Avtomatlaşdırma,

İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat və digər uyğun istiqamətlər

üzrə);

Yeni məzun və ya karyerasının ilkin mərhələsində olan namizədlərə

üstünlük verilir;

Güclü analitik və məntiqi düşünmə

qabiliyyəti;

Sistem və prosesləri öyrənmək və səbəb-nəticə əlaqələrini

müəyyən etmək bacarığı;

Rəqəmlərlə və məlumatlarla işləməyə

maraq;

MS Excel proqramı üzrə yaxşı bilik;

Yeni proqram və texnologiyaları sürətli mənimsəmə bacarığı;

Avtomatlaşdırma, robot texnologiyaları və logistika sistemlərinə yüksək

maraq;

Problem həll etmə və sistemli düşünmə

bacarığı;

İngilis dili biliyi üstünlükdür;

Öyrənməyə və uzunmüddətli peşəkar inkişafa yüksək motivasiya;

Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

İş təcrübəsi:

İş təcrübəsi tələb olunmur. Namizədin öyrənmə potensialı, analitik düşünmə

qabiliyyəti və texnologiyaya marağı əsas seçim meyarlarıdır.

Təminatlar:

Nəqliyyat xidməti;

Nahar

ödənişi;

Peşəkar inkişaf və təlim imkanları;

Logistika və avtomatlaşdırma layihələrində praktiki iştirak imkanı.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində “Robot Logistika və

Avtomatlaşdırılmış Anbar Sistemləri üzrə Kiçik Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd

olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə

bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Apply at the source

This role was published by Veysəloğlu MMC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗