Proqram təminatının hazırlanması üzrə baş mütəxəssis (Senior Fullstack Developer)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Full-stack
- Posted
- Deadline
Description
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
İşin təsviri
Layihənin biznes tələblərinə uyğun təhlilini, layihələndirilməsini, hazırlanmasını,
test edilməsini və istismara verilməsini həyata keçirmək.
Proqram
təminatının server (Backend) və istifadəçi interfeysi (Frontend) hissələrini hazırlamaq, onların uyğunluğunu və
vahid sistem kimi işləməsini təmin etmək.
Mövcud daxili informasiya
sistemləri ilə inteqrasiyaları (API, verilənlər mübadiləsi, istifadəçi autentifikasiyası və s.) layihələndirmək və
həyata keçirmək.
Biznes tələblərini texniki tələblərə çevirmək, sistem
arxitekturasını, məlumat modelini və verilənlər bazasının strukturunu layihələndirmək.
REST API xidmətlərini hazırlamaq, sənədləşdirmək, onların təhlükəsizliyini və performansını
təmin etmək.
Proqram kodunun keyfiyyətinə, oxunaqlılığına və kodlaşdırma
standartlarına uyğunluğuna nəzarət etmək, Code Review prosesində iştirak etmək.
Hazırlanan funksionallıqlar üzrə vahid (Unit) və inteqrasiya testlərini hazırlamaq, aşkar
edilmiş xətaları aradan qaldırmaq.
Git və digər versiya idarəetmə
alətlərindən istifadə etməklə kod dəyişikliklərini idarə etmək, dəyişiklikləri test mühitində yoxlamaq və təsdiqdən
sonra istismar mühitinə tətbiq etmək.
Proqram təminatının avtomatik
yığılması və yerləşdirilməsi (CI/CD) proseslərinin qurulmasında və dəstəklənməsində iştirak
etmək.
Təhlükəsiz kodlaşdırma prinsiplərinə, giriş hüquqlarının idarə
edilməsinə, fərdi məlumatların və məxfi informasiyanın qorunması tələblərinə riayət etmək.
İstismarda olan sistemlərdə yaranan xətaları və nasazlıqları araşdırmaq, onların səbəblərini
müəyyənləşdirmək və aradan qaldırmaq.
Sistemin performansını, sabitliyini
və genişlənmə imkanlarını təhlil etmək, optimallaşdırma və təkmilləşdirmə üzrə təkliflər
hazırlamaq.
Proqram təminatının arxitekturası, API-lər, quraşdırma və
istismar qaydaları üzrə texniki sənədləri hazırlamaq və aktual saxlamaq.
İstifadəçilərdən və aidiyyəti struktur bölmələrdən daxil olan tələbləri təhlil etmək, onların
prioritetləşdirilməsində iştirak etmək.
Layihə rəhbəri, biznes analitik,
dizayner və digər texniki mütəxəssislərlə əməkdaşlıq etmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra
etmək.
Namizədə dair tələblər
Kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, proqram
mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil.
Proqram
təminatının hazırlanması (Fullstack) sahəsində ən azı 3 il iş təcrübəsi.
Daxili korporativ sistemlərin hazırlanması və inteqrasiyası, o cümlədən Ticket/Helpdesk
sistemləri üzrə təcrübə üstünlükdür.
C#/.NET, Java, Node.js, Python və ya
analoji Backend texnologiyalarından biri üzrə peşəkar biliklər.
HTML,
CSS, JavaScript/TypeScript və React, Angular, Vue.js və ya analoji Frontend freymvorklarından biri ilə işləmək
bacarığı.
MS SQL Server, PostgreSQL, MySQL və ya analoji verilənlər
bazaları ilə işləmək, SQL sorğuları yazmaq və optimallaşdırmaq bacarığı.
REST API-lərin hazırlanması və sistemlərarası inteqrasiyaların həyata keçirilməsi üzrə bilik
və təcrübə.
OAuth 2.0, JWT, LDAP/Active Directory və digər
autentifikasiya və avtorizasiya mexanizmləri üzrə biliklər.
Proqram
arxitekturası, Design Patterns və SOLID prinsipləri üzrə biliklər.
Unit
və inteqrasiya testlərinin hazırlanması, proqram təminatında xətaların aşkarlanması və aradan qaldırılması üzrə
təcrübə.
Git, CI/CD, Docker və proqram təminatının yerləşdirilməsi
(Deployment) prosesləri ilə işləmək bacarığı.
Postman, Swagger və ya
analoji API test və sənədləşdirmə alətləri ilə işləmək bacarığı.
Agile/Scrum metodologiyaları və proqram təminatının hazırlanmasının həyat dövrü (SDLC) üzrə
biliklər.
Təhlükəsiz kodlaşdırma prinsipləri və OWASP Top 10 üzrə
biliklər.
Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilini
texniki sənədlərlə işləmək səviyyəsində bilmək; rus dilini bilmək üstünlükdür.
Analitik düşüncə, mürəkkəb texniki problemləri araşdırmaq və həll etmək, texniki qərarları
əsaslandırmaq bacarığı.
Komanda ilə işləmək, konstruktiv rəy vermək və
qəbul etmək, vaxtı düzgün planlaşdırmaq və məsuliyyətli olmaq bacarığı.
Əlavə məlumat
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya növü: tam
ştat.
İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov
rayonu, Ziya Bünyadov prospekti 86B).
Əməkhaqqı: namizədin bilik və
bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
Push30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi
güzəştləri.
Peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by Bakinity Distribution MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/proqram-teminatinin-hazirlanmasi-uzre-bas-mutexessis-senior-fullstack-developer-CRLvEE