Proqram təminatına dəstək üzrə Aparıcı/Baş mütəxəssis
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Backend
- Posted
Description
Proqram təminatına dəstək üzrə Aparıcı/Baş mütəxəssis
Bakı / İnformasiya Texnologiyaları departamenti
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil (Bakalavr);
Minimum 2-4 il iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
Bank Əməliyyat Sistemləri sahəsində biliklərin olması;
ERP, HRM, BPM sahəsində biliklərin olması.
İŞİN TƏSVİRİ:
Bank proqramlarına (BƏS, ERP, HRM və s.) fasiləsiz, problemsiz işləməsi üçün onlara cari xidmət göstərmək;
Bankın mövcud və yeni layihələrində (məhsul və s.) iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsində iştirak etmək;
Bankın Mobile Bankçılıq və İnternet Bankçılıq texniki dəstəyinə xidmət göstərmək;
MKR və AKB portallara hesabatların yüklənməsi icra etmək və hesabatların vaxtında təqdim edilməsinə və düzgünlüyünə görə məsuliyyət daşımaq;
Bank proqramlarına yeni istifadəçilərin daxil edilməsinə nəzarət etmək və onların səlahiyyətlərini müəyyən etmək;
Yeni tətbiqi proqramlar və modulların analizində iştirak etmək;
Proqram təminatı və məlumat bazalarının əlaqəli İT, İT təhlükəsizliyinin və parol siyasətinin yerinə yetirilməsi;
Müvafiq sahələrlə birlikdə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosseslərində və test olunmasında iştirak etmək;
Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak etmək;
Proqram təminatı ilə əlaqəli biznes sahələrə (Baş ofis, Struktur, Filiallar və s.) texniki dəstək göstərmək;
Bank əməliyyat gününün bağlanışını icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqram təminatına dəstək üzrə Aparıcı/Baş mütəxəssis ” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Apply at the source
This role was published by AFB Bank and listed via Afb.az. Applications are handled there, not on this site.
Original posting: https://careers.afb.az/proqram-teminatina-destek-uzre-aparici-bas-mutexessis