Product Owner (Məhsul Sahibi)/Olivia (Beauty and c...

Kontakt Home

Location
Not specified
Employment
Freelance
Category
Product & Project Management
Posted

Description

Təsvir

Strategiya və vizyon

Veb sayt, mobil tətbiq və digər e-commerce platformaları üzrə məhsul vizyonunu, dəyər təklifini və inkişaf strategiyasını formalaşdırmaq, onu şirkətin ümumi hədəfləri ilə uyğunlaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq;

Məhsul yol xəritəsini (roadmap) hazırlamaq, prioritetləri müəyyən etmək və icrasına nəzarət etmək.

Tələblər və backlog

Biznes tərəfləri, istifadəçilər və əməliyyat komandaları ilə birlikdə tələbləri toplamaq, prioritetləşdirmək və scope-u müəyyən etmək;

Biznes tələblərini istifadəçi hekayələrinə (user story) və qəbul meyarlarına (acceptance criteria) çevirmək, backlog-u idarə etmək və buraxılış planlamasını aparmaq.

Komanda və icra (delivery)

Backend, Frontend, Mobil (iOS/Android), BA, DevOps, UX/UI və QA komandaları ilə sıx əməkdaşlıq etmək, sprintləri planlamaq;

Deliverable-ləri, asılılıqları, bloker-ləri, məsul şəxsləri və son tarixləri izləmək; riskləri, scope dəyişikliklərini və resurs boşluqlarını erkən aşkarlayıb idarə etmək;

Maraqlı tərəflər və qrup şirkətləri ekosistemi ilə effektiv kommunikasiya qurmaq, status hesabatlarını və icraçı xülasələrini hazırlamaq.

Launch və keyfiyyət

Buraxılış (launch), kampaniya və promo inteqrasiyalarını planlamaq və icra etmək;

UAT və QA-nı koordinasiya etmək, go-live checklist-ləri hazırlamaq.

İstifadəçi və data

Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşma tətbiq etmək, istifadəçi araşdırmaları və usability testləri təşkil etmək, qərarları data və nəticələrə əsaslandırmaq;

Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunu təmin etmək;

Süni intellekt (AI) həllərinin layihələrdə tətbiq imkanlarını araşdırmaq və pilot etmək;

Qeyri-müəyyən şəraitdə struktur və inam mühiti yaratmaq, çoxfunksiyalı komandalara liderlik etmək.

Uğur meyarları (bu rol nəyə görə qiymətləndiriləcək)

E-commerce konversiyasının (CR) artımı həm desktop həm digər online satış kanalı;

Orta çek (AOV) və GMV üzrə müsbət dinamika;

İstifadəçi saxlanması (retention) və təkrar alış göstəricilərinin yaxşılaşması;

Buraxılışların vaxtında və keyfiyyətlə (UAT/QA) həyata keçirilməsi;

Backlog prioritetlərinin biznes dəyəri (revenue / ROI) ilə düzgün uyğunlaşdırılması.

Requirements

Ali təhsil;

Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı (ingilis dili üstünlükdür — beynəlxalq komanda ilə iş üçün);

Məhsul Sahibi / İT Biznes Analitik vəzifəsində minimum 2-3 il təcrübə;

E-commerce / Marketplace və pərakəndə satış təcrübəsi (üstünlükdür);

E-commerce həyat dövrünü (planlama → icra → launch → optimizasiya) başa düşmək;

Müasir veb arxitektura anlayışı (mikroservislər, API) və üçüncü tərəf inteqrasiyaları (ödəniş, logistika, ERP/CRM);

Agile / Scrum / Kanban üzrə praktiki biliklər (Waterfall üstünlükdür);

Jira və Confluence ilə iş bacarığı (Asana / Trello / Bitrix üstünlükdür);

Figma, Notion, Miro ilə iş bacarığı;

Google Analytics (GA4) və data analizi bacarığı; SQL üstünlükdür;

Risk, scope və dependency idarəetməsində sübut olunmuş bacarıq;

Güclü stakeholder kommunikasiyası, koordinasiya və təqdimat bacarıqları;

Texniki terminologiyanı başa düşmək və dokumentasiya yazmaq bacarığı;

1C bilikləri, Grafana / Kibana kimi monitorinq alətləri və PMP / CAPM sertifikatı üstünlükdür.

İş şəraiti:

Əmək haqqı: 2250 AZN (Gross)

İş qrafiki: 9:00-18:00

İş günləri: I-V günlər

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Kontakt Home and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗