Data mühəndisi (junior/middle)
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Mid-level
- Category
- Data & Analytics
- Posted
Description
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması, BI layihələrinin tətbiqində iştirak edilməsi;
Data warehouse-ları və data mart-ların dizayn edilməsi, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmət verilməsi;
Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, çevrilməsi və BI alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiya edilməsi və onlara dəstək xidmətləri verilməsi;
Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Requirements
- Ali təhsil, informasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır;
- Data mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
- OLTP və OLAP sistemlərinin iş prinsipləri, fərqləri və tətbiq sahələri üzrə biliklər;
- ETL/ELT proseslərinin hazırlanması, optimallaşdırılması və dəstəklənməsi üzrə praktiki təcrübə;
- Data pipeline-ların qurulması, monitorinqi və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıqlar;
- ETL alətləri ilə iş təcrübəsi;
- SQL Server Integration Services üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
- SQL Server Analysis Services ilə işləmə, analitik modellərin yaradılması və dəstəklənməsi üzrə biliklər;
- dbt vasitəsilə məlumatların transformasiyası, modelləşdirilməsi və sənədləşdirilməsi üzrə biliklər;
- Python proqramlaşdırma dili ilə məlumatların emalı, avtomatlaşdırma və skriptlərin hazırlanması bacarığı;
- SQL üzrə yaxşı biliklər, mürəkkəb sorğuların yazılması, optimallaşdırılması və performans problemlərinin təhlili bacarığı;
- DAX üzrə biliklər, analitik hesabatlar və ölçülərin yaradılması təcrübəsi üstünlükdür;
- Data warehouse, data mart, star schema, snowflake schema və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə anlayış;
- Verilənlərin keyfiyyətinə nəzarət, validasiya və məlumat uyğunluğunun təmin edilməsi üzrə biliklər;
- Verilənlər bazası strukturlarının, cədvəllərin, view-ların, stored procedure-ların və indekslərin iş prinsipləri üzrə anlayış;
- BI və hesabatlılıq komandaları ilə işləmək, analitik tələbləri texniki həllərə çevirmək bacarığı;
- Texniki sənədləşdirmə aparmaq, data modelləri və data axınlarını sənədləşdirmək bacarığı;
- Analitik düşünmə, problem həlletmə, diqqətlilik və nəticəyönümlü işləmə bacarığı;
- Komandada işləmək, kommunikasiya və prioritetləşdirmə bacarığı.
Apply at the source
This role was published by Kontakt Home and listed via HelloJob.az. Applications are handled there, not on this site.
Original posting: https://www.hellojob.az/vakansiya/data-muhendisi-junior-middle-3340524950