Product Owner (kiçik / orta səviyyə məhsul sahibi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Product & Project Management
- Posted
Description
Sürətlə böyüyən Payonix komandamıza, rəqəmsal maliyyə və kredit məhsullarımızın
inkişafına rəhbərlik edəcək, müştəri ehtiyaclarını biznes məqsədləri ilə uğurla birləşdirə biləcək təşəbbüskar və
nəticəyönümlü Product Owner ( axtarırıq.
Vəzifə öhdəlikləri:
App (mobil tətbiq) üzərindən kreditin verilməsi prosesini uçdan-uca dəstəkləmək və
prosesin fasiləsiz işləməsini təmin etmək;
Müraciətdən kreditin təsdiqinə
və vəsaitin köçürülməsinə qədər olan mərhələləri xəritələşdirmək və çətinlikləri
müəyyənləşdirmək;
MKR və digər kredit məlumat mənbələrindən istifadə
etməklə müştəriyə uyğun kredit təkliflərinin formalaşdırılmasına dəstək vermək;
Kredit məhsulunun App daxilində istifadəçi təcrübəsini davamlı təhlil edərək konversiyanın
artırılması üzrə təkliflər hazırlamaq;
Aktivliyini itirmiş müştəri
seqmentlərini (churn) müəyyənləşdirmək və davranışa görə qruplaşdırmaq;
Churn səbəblərini dərinləşdirilmiş təhlil əsasında araşdırmaq və məhsul səviyyəsində həll
yolları təklif etmək;
Geri qazanma (win-back) məqsədilə hədəflənmiş
kampaniyalar hazırlamaq və marketinq/CRM komandaları ilə əlaqələndirmək;
Credit scoring modelinin davamlı təkmilləşdirilməsi məqsədilə risk və data komandaları ilə
əməkdaşlıq etmək;
Scoring meyarlarına dair biznes tələblərini
formalaşdırmaq və modelin performansını izləmək;
Müştəri ehtiyaclarını,
davranış modellərini və pain point-ləri data analitikası və istifadəçi tədqiqatları vasitəsilə
araşdırmaq;
Product Backlog-u formalaşdırmaq, davamlı yeniləmək və biznes
dəyərinə görə prioritetləşdirmək;
İstifadəçi hekayələrini və qəbul
meyarlarını hazırlamaq, komandalarla tələbləri dəqiqləşdirmək;
Yeni
məhsul və funksionallıqlar üzrə Product Discovery aparmaq;
Data əsasında
məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək;
Kredit məhsulunun
biznes nəticələrini mütəmadi olaraq rəhbərliyə təqdim etmək;
Tələblər:
BOKT, bank, fintech və ya kredit məhsulları sahəsində iş
təcrübəsi;
Kredit məhsullarının iş prinsipləri haqqında yaxşı
anlayış;
Credit scoring, underwriting və kredit qərarvermə prosesləri
haqqında praktiki anlayış;
Product Backlog idarəetməsi və Agile/Scrum
metodologiyaları üzrə təcrübə;
Güclü analitik düşüncə və problem-solving
bacarığı;
Komanda daxilində və çarpaz-funksional komandalarla effektiv
əməkdaşlıq bacarığı.
İş şəraiti:
İş rejimi: tam iş günü;
İstirahət
günləri: Şənbə, Bazar;
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Malibo
Residence
Əmək haqqı: Müsahibə əsasında
dəyərləndiriləcək.
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd
etməklə Müraciət et düyməsində
qeyd olunan formu doldurub göndərə bilərlər.
Apply at the source
This role was published by Payonix and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/product-owner-kicik-orta-seviyye-mehsul-sahibi-CcDe2H