Mütəxəssis / Video nəzarət sistemləri şöbəsi / İnformasiya və kommunikasiya texnologiyaları departamenti

Bakı Metropoliteni

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Other Tech
First seen
Deadline

Description

“Bakı Metropoliteni” QSC-də videonəzarət sistemlərinin kəsintisiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədilə İnformasiya və kommunikasiya texnologiyaları departamentinin Videonəzarət sistemlərinin təminatı şöbəsinə “Mütəxəssis” axtarılır.

Namizəd videonəzarət sistemlərinin və avadanlıqlarının montajı, profilaktik texniki baxışların keçirilməsi, yaranan texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərini həyata keçirəcəkdir.

Metropoliten Sizə nə təklif edir?

Sabit və etibarlı iş mühiti;

Peşəkar komandada inkişaf və karyera imkanları;

Metropolitendən ödənişsiz istifadə imkanı;

Güzəştli nahar təminatı;

Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

Psixoloji dəstək xidməti.

🔹Videomüşahidə sistemlərinin layihələndirilməsi, quraşdırılması, sazlanması və texniki istismarının təmin edilməsi;

🔹IP kameralar, VMS/NVR sistemləri, video serverlər və videoarxiv sistemlərinin idarə olunması;

🔹IP kamera və digər video avadanlıqların şəbəkəyə inteqrasiyası;

🔹Qəza hallarında sahədəki cihazların diaqnostika edilməsi;

🔹Kamera görüntüsünün keyfiyyətinin, videoarxivlərin və sistemin fasiləsiz fəaliyyətinin monitorinqi;

🔹Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.

Requirements

  • 🔹Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Radiotexnika və rabitə və ya müvafiq texniki sahələr);
  • 🔹Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə 1-2 il iş təcrübəsi;
  • 🔹CCTV sistemlərinin quraşdırılması, sazlanması, texniki xidməti və nasazlıqlarının aradan qaldırılma bacarığı;
  • 🔹Analitik düşüncə, məsuliyyətlilik, operativ qərarvermə və komandada işləmək bacarığı;
  • 🔹Çevik və növbəli iş qrafiki ilə işləmək bacarığı, eləcə də zərurət yarandıqda işə qoşulmağa hazır olmaq.

Apply at the source

This role was published by Bakı Metropoliteni and listed via Metro. Applications are handled there, not on this site.

View & apply on hr.metro.gov.az ↗