Find your next opportunity

Newest first

Middle QA Engineer (Mobile)

AzInTelecom

Location
Baku
Employment
Freelance
Level
Mid-level
Category
QA & Testing
Posted
Deadline

Description

Vəzifə öhdəlikləri:

Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq testlərini həyata keçirmək;

Test dizaynını sürətləndirmək üçün süni intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra etmək;

Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq;

Mobil tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim, şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı;

Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq;

Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək, təhlil etmək və izləmək;

Crash hesabatlarını (Firebase Crashlytics və ya oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin müəyyənləşdirilməsinə dəstək olmaq;

Appium və ya Selenium vasitəsilə test avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq;

Mobil QA proseslərini təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək;

Mobil proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və sprint planlaşdırılmasında iştirak etmək;

Texniki məsələləri aydın, strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı;

Yeni texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq;

Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq;

Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət etmək;

Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya olmaq;

Tələb olunan bilik və bacarıqlar:

Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);

QA sahəsində ən az 2 il iş təcrübəsi;

Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi;

SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki biliklər;

Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə praktiki təcrübə;

Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar, cihaz logları) ilə işləmək barədə məlumatlılıq;

Figma vasitəsilə tətbiqin istifadəçi interfeysinin (UI) dizayn tələblərinə uyğunluğunu yoxlamaq təcrübəsi;

Analitik düşünmə, detallara diqqət və problemlərin səbəblərini müəyyən edərək effektiv həll yolları tapmaq bacarığı;

Komanda ilə əməkdaşlıq, ünsiyyət və qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirmək bacarığı;

Dil bilikləri: Azərbaycan dili — sərbəst; İngilis dili — texniki sənədlərlə işləmək səviyyəsində.

Üstünlük hesab olunur:

ISTQB sertifikatı (CTFL; Mobile Application Testing əlavəsi üstünlükdür);

Mobil SDK-ların test edilməsi üzrə təcrübə;

Trafikin yoxlanılması üçün alətlərlə (Charles Proxy, Proxyman) işləmək təcrübəsi;

Grafana və ya Sentry ilə işləmək təcrübəsi;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by AzInTelecom and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗