Middle iOS Developer

AzInTelecom MMC

iOS

Location
Not specified
Employment
Full-time
Level
Mid-level
Category
Mobile
Posted

Description

Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin və kod kitabxanalarının (SDK) hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəyi;

SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;

Combine və Swift Concurrency vasitəsilə asinxron və reaktiv proseslərin düzgün və effektiv idarə olunması;

Jira üzərindən təqdim olunan texniki tapşırıqlara uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;

Mövcud kod bazasında refaktorinq aparılması, performansın və oxunaqlılığın artırılması;

Kod standartlarına, Clean Code prinsiplərinə və daxili inkişaf qaydalarına ciddi riayət edilməsi;

Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;

GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;

Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;

Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;

Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;

Texniki problemlərin analizi və effektiv həll yollarının təklif edilməsi;

Tətbiqin stabil işləməsinin təmin olunması və aşkar edilən bug-ların operativ şəkildə aradan qaldırılması;

Texniki sənədlərin oxunması və ehtiyac olduqda daxili texniki dokumentasiyanın hazırlanması;

Ali təhsil;

Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi (2+ il arzuolunandır);

Swift proqramlaşdırma dili üzrə praktik və sabit biliklər;

SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması təcrübəsi (iOS SDK-larının hazırlanması təcrübəsi arzuolunandır);

Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi;

Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər;

Test yazma bacarığı və test yönümlü inkişaf anlayışı (TDD üstünlükdür);

Kod keyfiyyətinə, performansa və oxunaqlılığa diqqət;

Versiya nəzarət sistemləri ilə iş bacarığı (GitLab/GitHub);

Komanda daxili effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;

Üzərinə götürdüyü tapşırıqlara məsuliyyətli yanaşma və aparıcılıq;

Code review mədəniyyəti və konstruktiv feedback vermə/qəbul etmə bacarığı;

Zamanın düzgün idarə olunması, prioritetlərin müəyyən edilməsi və deadline-lara riayət;

Öyrənməyə və peşəkar inkişafa açıq olmaq, iOS ekosistemindəki yenilikləri izləmək;

Üstünlük hesab olunur:

MVVM və ya digər arxitekturalarla iş təcrübəsi;

CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);

App Store-a tətbiq yükləmə və release proseslərində iştirak.

Apply at the source

This role was published by AzInTelecom MMC and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗