Middle iOS Developer

AzInTelecom MMC

iOS

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Mobile
Posted

Description

  • Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin və kod kitabxanalarının (SDK) hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəyi;
  • SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;
  • Combine və Swift Concurrency vasitəsilə asinxron və reaktiv proseslərin düzgün və effektiv idarə olunması;
  • Jira üzərindən təqdim olunan texniki tapşırıqlara uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;
  • Mövcud kod bazasında refaktorinq aparılması, performansın və oxunaqlılığın artırılması;
  • Kod standartlarına, Clean Code prinsiplərinə və daxili inkişaf qaydalarına ciddi riayət edilməsi;
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;
  • Texniki problemlərin analizi və effektiv həll yollarının təklif edilməsi;
  • Tətbiqin stabil işləməsinin təmin olunması və aşkar edilən bug-ların operativ şəkildə aradan qaldırılması;
  • Texniki sənədlərin oxunması və ehtiyac olduqda daxili texniki dokumentasiyanın hazırlanması;

Requirements

  • Ali təhsil;
  • Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi (2+ il arzuolunandır);
  • Swift proqramlaşdırma dili üzrə praktik və sabit biliklər;
  • SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması təcrübəsi (iOS SDK-larının hazırlanması təcrübəsi arzuolunandır);
  • Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi;
  • Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər;
  • Test yazma bacarığı və test yönümlü inkişaf anlayışı (TDD üstünlükdür);
  • Kod keyfiyyətinə, performansa və oxunaqlılığa diqqət;
  • Versiya nəzarət sistemləri ilə iş bacarığı (GitLab/GitHub);
  • Komanda daxili effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
  • Üzərinə götürdüyü tapşırıqlara məsuliyyətli yanaşma və aparıcılıq;
  • Code review mədəniyyəti və konstruktiv feedback vermə/qəbul etmə bacarığı;
  • Zamanın düzgün idarə olunması, prioritetlərin müəyyən edilməsi və deadline-lara riayət;
  • Öyrənməyə və peşəkar inkişafa açıq olmaq, iOS ekosistemindəki yenilikləri izləmək;

Üstünlük hesab olunur:

  • MVVM və ya digər arxitekturalarla iş təcrübəsi;
  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);
  • App Store-a tətbiq yükləmə və release proseslərində iştirak.


Apply at the source

This role was published by AzInTelecom MMC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.com ↗